“Bu zaman “TəhsilPlus” kartı ilə 10% bonus və ya güzəşt əldə edəcəklər”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət üçün nəzərdə tutulmuş “TəhsilPlus” kartı vasitəsilə “BakıKart” üzrə nəzərdə tutulan güzəştlərin yaxın müddətdə tələbələrə də şamil edilməsi planlaşdırılır".
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Kənan Kərimzadə bildirib ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış “TəhsilPlus” kartı ilə elm və təhsil işçiləri “Birbank” tətbiqində “Bakıkart” QR biletin yaradılması zamanı 10% bonus və ya güzəşt əldə edəcəklər.
“TəhsilPlus” kartından da söz açan nazir müavini qeyd edib ki, 160 minə yaxın tələbə artıq bu kartdan istifadə edir: “Hazırda bir sıra partnyorlar “TələbəPlus” çərçivəsində tələbələrə müxtəlif endirimlər təqdim edirlər. Təklifimiz odur ki, “BakıKart” üzrə nəzərdə tutulan 10% bonus və ya güzəşt tələbələrə də şamil olunsun. Bunu həm bank, həm də müvafiq qurumlarla müzakirə edirik. Hazırda “Visa” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq davam edir. Tələbələr üçün nəzərdə tutulan bu güzəştlə bağlı 1 ay ərzində ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 04 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















