“Bubble Tea” təhlükəsi: məşhur içki boğulmaya səbəb ola bilər
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bubble Tea” əlavə olunan tapioka şarları bəzi hallarda bağırsaq tutulmasına və boğulmaya səbəb ola bilər".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Yekaterina Titova danışıb.
Onun sözlərinə görə, tapiokanı tələsərək və ya danışarkən qəbul etmək iri və yapışqan şarların qida borusu əvəzinə tənəffüs yollarına düşməsinə səbəb ola bilər. Nəticədə isə asfiksiya — yəni boğulma baş verir.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, bu şarlardan həddindən artıq yemək və kifayət qədər su içməmək onların bir-birinə yapışaraq kütlə əmələ gətirməsinə və bağırsaq tutulmasına səbəb ola bilər. Ekspert 5 yaşdan kiçik uşaqlara tapioka istifadəsini tövsiyə etmir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 May 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















