Icma.az
close
up
RU
Buça qətliamını onlar törədib ADLAR+FOTOLAR

Buça qətliamını onlar törədib ADLAR+FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın nüfuzlu "Sunday Times" qəzeti Ukraynanın Buça şəhərində törədilən hərbi cinayətlərdə adı hallanan 13 rus zabitinin kimliyini açıqlayıb.

Modern.az xəbər verir ki, nəşrin məlumatına görə, onların adları müstəqil hüquqşünaslar və araşdırmaçılar tərəfindən açıq mənbələr əsasında müəyyən edilib.

Məlumatları Ukrayna xüsusi xidmət orqanları da təsdiqləyib.

Ukrayna Prokurorluğu həmin şəxslərdən səkkizinə dair rəsmi sənədlər təqdim edib. Bu sənədlər onların Ukrayna məhkəmələrində və Beynəlxalq Cinayət Məhkəməsində mümkün cinayət təqibinə başlanması üçün ilkin addım hesab olunur.

Daha beş zabitin adı isə onların tabeliyində xidmət edən hərbçilərə verilmiş bildirişlər və açıq rus hərbi arxivləri ilə müqayisə yolu ilə müəyyənləşdirilib.

Ümumilikdə həmin zabitlərin tabeliyində olan 80-dən çox əsgər artıq Buçada törədilən cinayətlərdə şübhəli şəxs qismində tanınıb.

Cenevrə konvensiyalarına əsasən, hərbi cinayət törədən sıravi əsgər məsuliyyət daşıdığı kimi, onun komandiri də məsuliyyətdən kənarda qala bilməz. Beynəlxalq məhkəmədə zabitə qarşı ittiham irəli sürmək üçün prokurorlar sübut etməlidirlər ki, o, tabeliyindəki şəxslərin cinayət törətdiyini bilib və ya bilməli idi, lakin bunun qarşısını almaq üçün tədbir görməyib.

Rusiya hakimiyyəti isə hələlik "Sunday Times"ın araşdırmasına münasibət bildirməyib.

Xatırladaq ki, Buça qətliamı 2022-ci ilin martında Rusiya ordusunun Kiyev vilayətindəki Buça şəhərini tərk etməsindən sonra üzə çıxıb. Şəhərdə 450-dən çox mülki şəxsin meyiti tapılıb, onların çoxu güllələnmiş, işgəncə izləri daşıyan, bəziləri isə küçələrdə, kütləvi məzarlıqlarda aşkarlanmışdı. Hadisə müharibə cinayəti kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Sentyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri