Icma.az
close
up
RU
Budanov: Rusiya 2026 cı ildə hansı bölgələri ələ keçirməyi planlaşdırır?

Budanov: Rusiya 2026 cı ildə hansı bölgələri ələ keçirməyi planlaşdırır?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

2026-cı ildə Rusiya Donetsk və Zaporojye vilayətləri üzərində tam nəzarəti ələ keçirməyə cəhd edəcək.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Suspilne”yə verdiyi müsahibədə bildirib.

Budanov bildirib ki, Moskvanın planları artıq açıq şəkildə görünür. Əsas məqsəd Donetsk vilayətini tam nəzarətə götürmək, Dnepropetrovsk vilayəti istiqamətində maksimum irəliləmək, həmçinin Zaporojye və Xerson vilayətlərində hərbi əməliyyatları davam etdirməkdir.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya bu niyyətlərini heç vaxt gizlətməyib. Onun fikrincə, Kreml üçün əsas vəzifələrdən biri də sərhəd boyunca “sanitar” və ya bufer zonaların genişləndirilməsidir.

“2026-cı ilin əsas hədəfi Donbas və Zaporojye vilayətidir. Zaporojyenin tamamən ələ keçirilməsi rusların uzunmüddətli arzusudur”, – deyə Budanov vurğulayıb.

O, həmçinin Rusiyanın səfərbərlik planları ilə bağlı məlumat verib. Bildirilib ki, bu il üçün nəzərdə tutulan 403 min nəfərlik səfərbərlik planı artıq dekabrın əvvəlində yerinə yetirilib. Bununla da Rusiya planı təxminən 103 faiz icra edib. Gələn il üçün isə 409 min nəfərin səfərbər edilməsi planlaşdırılır. Budanov qeyd edib ki, Rusiya indiyədək bütün illərdə səfərbərlik planlarını yerinə yetirməyi bacarıb.

Bu arada, Baş Kəşfiyyat İdarəsinin digər nümayəndəsi Vadim Skibitski də Rusiyanın gələn il üçün ciddi dron potensialına malik olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya zərbə dronlarının, saxta hədəflərin və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarının istehsalını sürətlə artırır.

Skibitski vurğulayıb ki, bu vəziyyət Ukrayna üçün hava hücumundan müdafiə sistemlərini gücləndirmək və antidron texnologiyalarını inkişaf etdirmək baxımından mühüm stimuldur. O əlavə edib ki, müharibə göstərib: Ukrayna qısa müddətdə yeni və effektiv müdafiə vasitələri yaratmaq gücünə malikdir və bu sahədə hazırda dünyanın ən qabaqcıl təcrübələrindən birini nümayiş etdirir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri