Budanov Ukraynanın ABŞ dan kritik asılı olduğu iki əsas sahəni açıqlayıb
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "LB" nəşrinə verdiyi müsahibədə danışıb.
Budanovun sözlərinə görə, birinci istiqamət kosmik çəkilişlərdir – radiolokasiya və optik müşahidə. Bu sahənin də iki tərkib hissəsi var.
Birincisi, ABŞ Ukraynaya kosmik çəkilişlərə pulsuz, yardım çərçivəsində çıxış imkanı verir. İkinci istiqamət isə kommersiya müqavilələridir.
Budanov qeyd edib ki, əgər ABŞ pulsuz kosmik çəkilişlərə çıxışı bağlasa, bu, kritik problem yaratmayacaq.
“Optik çəkilişlər üzrə təxminən 15–17 faiz itki olar, bu kritik deyil. Radiolokasiya üzrə isə təxminən 46 faiz – çətin olar, amma fəlakət deyil. Hamımız bəzən hansısa kolu peyk vasitəsilə görmək istəyirik”, – deyə o bildirib.
“Lakin ABŞ siyasi qərar qəbul edərək müqavilələri bloklasa, bu artıq kritik vəziyyət yaradacaq. O zaman demək olar ki, sıfıra enirərik. Bu amil üzrə biz kritik dərəcədə asılıyıq”, – deyə GUR rəhbəri vurğulayıb.
Budanovun sözlərinə görə, Ukraynanın ABŞ-dan asılı olduğu ikinci əsas sahə ballistik təhdidlər barədə erkən xəbərdarlıq sistemidir. “Hamısı budur. Qalan hər şey özümüzündür”, – deyə o əlavə edib.
Xatırladaq ki, ilin əvvəlində ABŞ müvəqqəti olaraq Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmışdı.
Bununla yanaşı, bir neçə ay əvvəl bir sıra Qərb KİV-ləri ABŞ-ın Ukraynaya Rusiya ərazisində hədəflərin müəyyən edilməsi üçün kəşfiyyat məlumatları təqdim edəcəyini yazmışdı. Xüsusilə "The Wall Street Journal" qeyd edir ki, ABŞ kəşfiyyatının hədəflərindən biri Rusiya Federasiyasının enerji sistemi ola bilər. Həmçinin bu cür zərbələrin endirilməsi üçün ABŞ Ukraynaya daha çox uzaqmənzilli silah vermə imkanını nəzərdən keçirir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















