Icma.az
close
up
RU
Budapeşt Brüsselin “hay oyunu”nu pozdu

Budapeşt Brüsselin “hay oyunu”nu pozdu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Macarıstan Avropa İttifaqının (Aİ) Avropa Sülh Fondu (ASF) vasitəsilə Ermənistana 20 milyon avro məbləğində hərbi yardımın ayrılmasına veto qoyub. Lüksemburqda keçirilən iclasda Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın Ermənistana hərbi yardım təklifini Macarıstandan başqa Aİ üzvü ölkələrin xarici işlər nazirləri dəstəkləyiblər.

Təklif Aİ-yə üzv 27 ölkənin hamısı tərəfindən bəyəniləcəyi təqdirdə qüvvəyə minə bilər. Bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu məsələ ilə bağlı Aİ ilə danışıqları davam etdirəcək: “Keçən il bu məbləğ 10 milyon avro idi. Bu il isə iki dəfə çoxdur. Biz müsbət qərarın veriləcəyinə ümid edirik”.

Bəli, A.Mirzoyan ümid edir. Macarıstan isə eyni yardımın Azərbaycana da göstərilməsini tələb edir. Əks halda yenə veto qoyacağını bildirir.

Xatırladaq ki, Macarıstan 2024-cü ildə Aİ-nin Ermənistana 10 milyon avroluq hərbi yardımına veto qoymuşdu. O zaman bu ölkənin Xarici və ticarət naziri Peter Siyarto demişdi: “Biz düşünürük ki, Ermənistana ASF-dən 10 milyon yardım ayrılsa, eyni yardım Azərbaycana da verilməlidir”.

Onu da qeyd edək ki, xarici politoloqlar Budapeştin yeni qərarını dəstəkləyir, eyni zamanda, Brüsselin mövqeyini tənqid edirlər. Xüsusilə, professor Attila Hargitai hesab edir ki, yardımların ayrılması zamanı bu və ya digər struktur regionda gedən müharibəni nəzərə alaraq paritetə riayət etməlidir: “Ayrılan vəsait kifayət qədər böyükdür. Hətta Azərbaycanın bu məbləğə ehtiyacı olmasa belə, paritet naminə birtərəfli addımlardan çəkinmək lazımdır”.

O, ASF-nin müharibədə tərəflərdən birinin silahlanması üçün vergi ödəyicilərinin milyonlarla avro vəsaitini ayırmaqla öz adını doğrultmadığını deyib.

Bəs yardım nə üçün nəzərdə tutulub? Diplomatik sənədlərə əsasən, ASF-dən Ermənistana hərbi yardımın məqsədi onun silahlı qüvvələrinin dayanıqlığını artırmaq, habelə böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsini daha yaxşı təmin etməkdir. Göründüyü kimi, ayrılan vəsait hərbi məqsədlər üçün nəzərdə tutulur. Yəni bu, humanitar yox, hərbi yardımdır. Sülh, sabitlik, təhlükəsizliyə deyil, müharibəyə, Azərbaycanı təxribata çəkməyə xidmət edir.

O da maraqlıdır ki, son zamanlar Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşdiyi və bu təmaslar sayəsində müəyyən nəticələrin əldə olunduğu, regional sülhə mane olan məqamların tədricən azaldığı bir vaxtda yardımın yenidən gündəmə gətirilməsi xoş niyyətdən xəbər vermir. Əslində, regionda ikitirəliyə xidmət etməklə gərginliyi artırır. Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinə xidmət edir.

İş orasındadır ki, Aİ özü qərəzli qurumdur. Cənubi Qafqazdakı proseslərə yalnız öz maraqları kontekstindən yanaşır, Ermənistanı silahlandıraraq, regional sabitliyin təmin olunmasının qarşısını alır. Təəssüf ki, Aİ hələ də regionda baş verən böhranların və fövqəladə halların Ermənistan tərəfindən törədildiyini görməzdən gəlir. Qurumun müşahidə missiyası isə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin erməni bölmələri tərəfindən sistematik atəşə tutulmasına səssiz qalır. Əslində, Aİ missiyası casusluqla məşğul olur, toplanan məlumatları İrəvan və Brüsselə ötürür.

Maraqlıdır ki, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl olur, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Şərti sərhəddə atəşkəsin dəfələrlə pozulması da bunun nəticəsidir.

Son vaxtlar haylar tərəfindən şərti sərhəddə təxribat xarakterli hərəkətlərin artması İrəvanın revanşist istəklərini təsdiqləyir.

Regiondakı proseslərdə isə əsas yeri Fransa tutur. Paris öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda gərginlik yaratmaqda maraqlıdır. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqe sərgiləyir.

Bu gün Fransa Ermənistanı silahla təmin edir, özünün davamlı anti-Azərbaycan mövqeyi ilə sülh prosesinə xələl gətirir. Paris yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk qrupunun ləğvini tələb edir. Fransa isə sabitlikdə maraqlı deyil. Məqsəd aydındır: İrəvanı şirnikləndirmək, öz tərəfinə çəkmək və sonra əmrlər vermək. Yəni Aİ, bir növ, regionda ara qarışdırmaqla məşğul olur. Aİ tərəfindən Ermənistana 20 milyon avro yardımın ayrılmasının təşəbbüskarı da Fransadır.

Xatırladaq ki, ASF 2021-ci ildə yaradılıb və Aİ-nin blokdan kənara hərbi yardım göndərmək üçün istifadə etdiyi strukturdur. Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib. Lakin 2024-cü ildə 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib. Bu paket əvvəlcə Macarıstan tərəfindən bloklanıb. Budapeşt sonda ölkədə minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün Bakıya ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazını geri çəkib.

Hazırda Aİ Macarıstanı yardıma veto qoymamağa inandırmaq üçün əlavə müzakirələr təklif edib. Amma Budapeşt bundan sonra da mövqeyini dəyişməyib. Budapeştin məsələyə belə ayıq yanaşması Aİ-nin ikili standartlarını, eləcə də “Köhnə dünya”nın tez-tez müraciət etdiyi beynəlxalq hüquq prinsiplərinə sadiqliyinin getdikcə daha yersiz olduğunu açıq şəkildə göstərir. Bu, Macarıstanın ölkəmizə qarşı ədalətli mövqeyini təsdiqləyən amildir.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov XQ-yə bildirdi: “Aydın məsələdir ki, Ermənistan bu vəsaitdən öldürücü silah almaq üçün istifadə edə bilər. Bu baxımdan hərbi yardım sülhə xidmət etmir, əksinə, Cənubi Qafqazda yeni münaqişə ocaqları yaradır. Bu dəfə də Macarıstanın Azərbaycana dəstək olduğunu gördük. Özü də qurumun 27-i ölkəsindən yalnız Macarıstan ölkəmizin maraqlarından çıxış etdi”.

S. Zahidov daha sonra qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014 və 2023-cü illərdə Macarıstanda səfərlərdə olub: “Birinci səfər çərcivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişisi, 9 ildən sonra isə Tərəfdaşlıq bəyannaməsi imzalandı. Bu, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verdi. Hazırda ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Macarıstan Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı açıq şəkildə dəstəkləyir. Məsələn, macar şirkətləri Soltanlı yaşayış məntəqəsində tikinti layihələri həyata keçirir. Bu, birgə əməkdaşlığın təzahürüdür.

Budapeşt Bakı ilə enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu təqdir edir. Hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrdən biri Macarıstandır.

İnanıram ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birindən əsirgəməyəcəklər”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see403

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see357

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see354

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see338

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see301

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see291

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see286

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see273

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see270

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see264

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see264

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see260

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see250

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see247

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see247

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see219

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see216

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see214

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see189

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri