Icma.az
close
up
RU
Budapeşt görüşü Qərb Rusiya münasibətlərində dönüş nöqtəsi ola bilər Deputat

Budapeşt görüşü Qərb Rusiya münasibətlərində dönüş nöqtəsi ola bilər Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin Prezidenti Donald Trampın Budapeştdə görüşü keçiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Putinlə Trampın mümkün görüşünün Budapeştdə keçirilməsi, siyasi bəyanatlar olmadan, artıq özü-özlüyündə bütün dünyaya ünvanlanmış siyasi-coğrafi bir mesaj olacaq:

"Əgər belə bir görüş baş tutarsa, bu, təkcə iki liderin görüşü kimi deyil, həm də Avropaya və xüsusilə Ukraynaya yönəlmiş ciddi bir ismarış kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi kontekstində rəsmi Budapeştin mövqeyi kifayət qədər aydındır və Amerika Birləşmiş Ştatlarının bu məsələyə yanaşması aydındır, bu görüş geosiyasi mənada yeni bir konfiqurasiyanın təməlini qoya bilər. Beləliklə, Budapeşt, Moskva və Vaşinqton arasında şərti bir "üçbucaq" formalaşır ki, bu da yalnız Ukrayna məsələsində deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasında yeni siyasi və təhlükəsizlik paradiqmalarının yaranmasına səbəb ola bilər".

Millət vəkilinin fikrincə, Budapeştdə belə bir görüşün gerçəkləşməsi siyasi diplomatiyanın mövcud fundamental prinsiplərini dəyişə biləcək səviyyədə ciddi bir hadisə olar.

"Hətta ABŞ-Avropa münasibətlərində onsuz da mövcud olan çatların daha da dərinləşməsinə gətirib çıxara bilər ki, bu da gələcəkdə transatlantik münasibətlərin bərpasını və sabitləşməsini çətinləşdirə bilər. Buna görə də, belə bir görüş doğrudan da planlaşdırılırsa, ilk növbədə, onun gündəliyi və əsas müzakirə mövzuları ilə tanış olmaq zəruridir. Eyni zamanda bu görüşdə digər hansı aktorların və ya ölkələrin təmsil olunacağı məsələsinə də diqqətlə baxmaq lazımdır. Təbii ki, hazırda bütün bunlar ehtimal səviyyəsindədir. Lakin bu ehtimalın belə müzakirə obyektinə çevrilməsi artıq özü-özlüyündə ciddi və maraqlı bir geosiyasi hadisə kimi qiymətləndirilə bilər", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri