Budapeştdə Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Budapeşt, 18 mart, AZƏRTAC
Budapeştdə yerləşən Azərbaycan evində Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada Novruz şirniyyatları ilə birlikdə milli mətbəximizin müxtəlif nümunələrinin satışı təşkil edilib və satışdan əldə edilmiş gəlirin müəyyən hissəsi xeyriyyə məqsədilə ehtiyacı olan ailələrə dəstək olaraq ayrılıb. Qeyd edək ki, milli təamları Macarıstanda yaşayan soydaşlarımız bişiriblər.
Təşkil edilmiş bayram yarmarkasına Macarıstanda yaşayan həmvətənlərimizdən əlavə müxtəlif ölkələrdə ümumilikdə 200-dən artıq qonaq qatılıb.
Tədbir zamanı gələn qonaqlar milli şirniyyatları əldə etməklə birlikdə müxtəlif xalq mahnıları və yallı ilə bayram gününü birlikdə qeyd ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 18 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















