Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Budapeştdə Tramp Putin görüşü baş tutmaya bilər Lavrov və Rubio nəyi razılaşdıra bilməyiblər?

Budapeştdə Tramp Putin görüşü baş tutmaya bilər Lavrov və Rubio nəyi razılaşdıra bilməyiblər?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq xəbər verildiyi kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb. Bu xəbər Donald Tramp və Vladimir Putin arasında keçirilməli olan Budapeşt sammitinin baş tutacağını sual altına alır.

“AzPolitika” xəbər verir ki, CNN-in Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadla yaydığı məlumatda Lavrov-Rubio görüşünün "hələlik təxirə salındığı" bildirilir. Görüşün ləğv edilməsi səbəbi açıqlanmır. Telekanalın bildirdiyinə görə, bazar ertəsi telefonla danışan Lavrov və Rubionun Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün sona çatması ilə bağlı “fərqli gözləntiləri” var. Yəni, tərəflər fərqli mövqeyə və baxışlara malikdir və bu səbəbdən sammit üçün əhəmiyyətli olan şərtləri razılaşdıra bilməyiblər.

Qeyd edək ki, Rubio ABŞ administrasiyasında Rusiyaya münasibətdə daha sərt mövqeyə malik birisi kimi tanınır. Eynilə də Lavrov öz maksimalist və irticaçı baxışları ilə Putin komandasında xüsusi seçilir. Ona görə də bu iki şəxsin Putin-Tramp görüşünün ilkin şərtlərini və razılaşmalarını hazırlaması zatən problemli görünürdü. Onların görüşünün təxirə salınması isə göstərdi ki, tərəflər arasında fikir ayrılıqları kifayət qədər dərindir. Onların danışıqlarının təxirə salınması “ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə tez görüşə olan ümidlərini puça çıxara bilər”, - CNN yazır. Telekanaldakı digər mənbə isə Rusiyanın xarici işlər naziri və ABŞ Dövlət katibinin bu həftə yenidən danışa biləcəyi ehtimalını irəli sürüb.

Maraqlıdır ki, daha öncə Tramp özünün Truth sosial şəbəkəsində yazıb ki, Rubio və Lavrov arasında görüş bu həftə baş tutacaq. Dünən Kreml Macarıstanda keçiriləcək sammitə genişmiqyaslı hazırlıqların başladığını elan edib. Həmin axşam Sergey Lavrov və Marko Rubio telefonla danışıblar və nəticə hələ ki, mənfidir. Buna baxmayaraq, “Reuters” onların görüşünün oktyabrın 23-də baş tuta biləcəyini yazıb.

Xatırladaq ki, Tramp və Putin ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl telefonla danışıblar. Ağ Ev rəhbəri Putinlə görüşünün Ukraynada müharibənin dayandırılmasına kömək edəcəyinə ümid etdiyini bildirib. Rusiya və Amerika liderləri üzbəüz görüş keçirməyə razılaşıblar. Görüşün tarixi hələ məlum deyil, lakin yer razılaşdırılıb – Budapeşt. Bundan əvvəl isə Rubio və Lavrov görüşməli, Tramp-Putin sammitinin hər hansı bir ciddi nəticə verməsi üçün ilkin razılaşmalar əldə etməlidirlər. Bu isə hələlik heç cür alınmır.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri