Icma.az
close
up
RU
“Büdcə çox böyümür: Amma resursların bölgüsü dəyişir

“Büdcə çox böyümür: Amma resursların bölgüsü dəyişir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Hələlik söhbət təsdiqlənmiş büdcədən yox, ilkin proqnozdan gedir.

Amma rəqəmlər gələn il dövlət maliyyəsində hansı istiqamətlərə daha çox, hansılara isə daha az vəsait ayrılmasının nəzərdə tutulduğunu görməyə imkan verir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı- ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manatdır: "2027-ci ildə bu rəqəmin 39,2 mlrd. manata çatması gözlənilir. Artım 625 mln. manat və ya 1,6% olacaq. Xərclər isə 41,7 mlrd. manatdan 42,4 mlrd. manata yüksəlir. Burada artım 696,4 mln. manat və ya 1,7% təşkil edir. Beləliklə, xərclər gəlirlərdən bir qədər sürətlə artır. Nəticədə büdcə kəsiri də 3,095 mlrd. manatdan 3,166 mlrd. manata yüksəlir. Artım 71,4 mln. manat və ya 2,3% olacaq". 

İqtisadçı qeyd edib ki, ən böyük artım iqtisadi fəaliyyət xərclərində gözlənilir: "Bu istiqamətə ayrılan vəsait 7,86 mlrd. manatdan 8,89 mlrd. manata yüksəlir. Bir il ərzində artım 1,03 mlrd. manat və ya 13,2% deməkdir. Faktiki olaraq, 2027-ci ildə büdcə xərclərinin artımında əsas istiqamət iqtisadi fəaliyyət olacaq. Həm də bu istiqamət büdcədən ən çox vəsait ayrılan istiqamət olacaq. İkinci ən çox vəsaitin ayrıldığı istiqamət isə müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu istiqamətdə xərclər təxminən 8,72 mlrd. manatdan 8,82 mlrd. manata yüksəlir.

Artım təxminən 99 mln. manat və ya 1,1% olacaq. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3,34 mlrd. manatdan 3,43 mlrd. manata yüksəlir. Artım təxminən 97 mln. manat və ya 2,9% təşkil edir. 2026-cı ildə bu istiqamət üzrə 3,336 mlrd. manat nəzərdə tutulmuşdu. Təhsil xərcləri 5,02 mlrd. manatdan 5,10 mlrd. manata yüksəlir. Artım təxminən 82 mln. manat və ya 1,6% olacaq. Səhiyyə xərclərində də artım var. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 2,02 mlrd. manatdan 2,08 mlrd. manata yüksəlir. Artım təxminən 58 mln. manat və ya 2,9% təşkil edir. 2027-ci ildə səhiyyəyə icmal büdcə üzrə ümumilikdə 3,96 mlrd. manat nəzərdə tutulur”. 

Ekspert qeyd edib ki, sosial müdafiə və sosial təminat xərcləri 4,87 mlrd. manatdan 4,92 mlrd. manata yüksəlir:

"Artım təxminən 43 mln. manat və ya 0,9% olacaq. Yəni nominal artım olsa da, əsas xərc istiqamətləri arasında ən aşağı artımlardan biri məhz sosial müdafiədədir. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 632 mln. manatdan 645 mln. manata yüksəlir. Artım təxminən 13 mln. manat və ya 2,1% təşkil edir. Mənzil və kommunal təsərrüfatı xərcləri demək olar ki, dəyişmir. 2026-cı ildə 334,5 mln. manat, 2027-ci ildə isə 335 mln. manat nəzərdə tutulur.

Artım cəmi yarım mln. manat ətrafındadır. Ətraf mühitin mühafizəsi xərcləri 415,8 mln. manatdan 438,7 mln. manata yüksəlir. Artım təxminən 23 mln. manat və ya 5,5% olacaq. Kənd təsərrüfatına ayrılan vəsait miqdar ifadəsində böyük olmasa da, amma ikinci ciddi artım (faiz ölçüsündə) məhz bu istiqamətdədir. Belə ki, artım 12,5% təşkil edir. Başqa sözlə, 2026-cı ildə bu sahəyə 1,23 mlrd. manat ayrıldığı halda, 2027-ci ildə məbləğ 1,38 mlrd. manata yüksələcək. Yəni artım təxminən 153 mln. manat və ya 12,5% təşkil edir". 

E. Əmirov vurğulayıb ki, amma xərclərin azaldıldığı istiqamətlər də vardır: "Bunlardan biri ümumi dövlət xidmətləri üzrədir. Burada vəsait 5,52 mlrd. manatdan 5,51 mlrd. manata enir. Azalma təxminən 12 mln. manatdır. Bu isə -0.2% deməkdir. Ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdədir. Bu istiqamətdə məbləğ 1,75 mlrd. manatdan 857,6 mln. manata düşür.

Fərq təxminən 895 mln. manat və ya 51% təşkil edir. Gəlirlərin strukturunda da maraqlı dəyişiklik var. 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 42,6%-i neft-qaz, 57,4%-i qeyri-neft-qaz sektorunun payına düşür. 2027-ci ildə neft-qaz sektorunun payının 39,5%-ə düşməsi, qeyri-neft-qaz sektorunun payının isə 60,5%-ə yüksəlməsi gözlənilir.

Başqa sözlə, qeyri-neft-qaz gəlirlərinin büdcədə xüsusi çəkisi 3,1 faiz bəndi artır. Bunun əsas səbəblərindən biri vergi daxilolmalarındakı artımdır. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16,91 mlrd. manatdan 18,43 mlrd. manata yüksəlməlidir. Artım 1,52 mlrd. manat və ya 9% təşkil edir. Bunun 14,85 mlrd. manatının qeyri-neft-qaz sektorundan, 3,58 mlrd. manatının isə neft-qaz sektorundan daxil olması gözlənilir.

Gömrük daxilolmalarında isə, demək olar ki, artım yoxdur. 6,862 mlrd. manatdan 6,865 mlrd. manata yüksəlməsi nəzərdə tutulur. Fərq cəmi 3 mln. manatdır. 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11,9 mlrd. manat transfert, dövlət payı olan müəssisələrdən 855 mln. manat dividend, büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən 599 mln. manat, digər mənbələrdən isə 585 mln. manat gəlir nəzərdə tutulur.

Xərclərin strukturuna baxdıqda isə 42,4 mlrd. manatlıq büdcənin 26,4 mlrd. manatı cari xərclərə, 13,8 mlrd. manatı əsaslı xərclərə, 2,2 mlrd. manatı dövlət borcuna və öhdəliklərə xidmətə yönəldiləcək. Bunların büdcədə payı müvafiq olaraq 62,3%, 32,5% və 5,2% olacaq.

Neftin bir barelinin qiyməti büdcədə 65 dollardan götürülüb. Beləliklə, 2027-ci ilin ilkin büdcə göstəricilərində ümumi gəlir və xərclərin kəskin artımı nəzərdə tutulmur. Əsas dəyişiklik büdcənin daxilində vəsaitlərin bölgüsündə görünür.

Ən çox artım iqtisadi fəaliyyət və kənd təsərrüfatında, ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulur. Eyni zamanda, büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payı artır, neft-qaz sektorunun payı azalır. Yəni 2027-ci ilin ilkin büdcəsini bir cümlə ilə ifadə etsək, büdcə çox böyümür, amma onun daxilində resursların bölgüsü nəzərəçarpacaq şəkildə dəyişir". 

Gülər
"Cebheinfo.az"

 

Açar sözlər: büdcə Eldəniz Əmirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri