Büdcə ilə bağlı mühüm qərar: Yeni təsnifat təsdiqləndi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı" və "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı" yeni redaksiyada təsdiqlənib.
Dəyişikliyin dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə həyata keçirildiyi bildirilib.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla yanaşı, Maliyyə Nazirliyi yeni təsnifatın 2027-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişlər əsasında test rejimində tətbiqi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görəcək.
Qərarın büdcə xərclərinin funksional və inzibati təsnifatına dair müddəaları 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 Sentyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















