Icma.az
close
up
RU
Büdcə təsnifatı təkmilləşdirilməlidir

Büdcə təsnifatı təkmilləşdirilməlidir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Bəzi gəlirlər və xərclərin icmal büdcədə tam əks olunmadığı nəticəsinə gəlmişik. Belə ki, dövlət şəxsi icbarı sığorta üzrə gəlirlər və 2 sosial Fondun investisiya fəaliyyətindən gəlir və xərclər icmal büdcədə nəzərə alınmır. Diqqətə çatdırım ki, icmal büdcədəki digər fondların (DNF və İTSF-in) vəsaitlərin idarəedilməsi üzrə daxilolmalar icmal büdcəyə daxil edilir. Məbləğlər müvafiq büdcələrə nisbətdə əhəmiyyətli olmasa da (2024-cü ilin gözlənilən icrası nəzərə alındıqda təxminən 150,0 mln. manat), növbəti illərdə bu məbləğin arta biləcəyi fonunda Hesablama Palatası olaraq, icmal büdcənin komponentləri üzrə vahid yanaşmanın tətbiqinin və qeyd etdiyim məbləğlərin kənarda qalmamasının vacibliyini bildiririk".
Newscenter.az xəbər verir ki, bunları Hesablama Palatasının sədri Vüar Gülməmmədov parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. O bildiirib ki, büdcə təsnifatı təkmilləşdirilməlidir.
"Son illərdə ölkəmizdə dövlət maliyyə idarəçiliyi sahəsində bir sıra islahatlar keçirilib. Xüsusilə burada büdcə qaydasının və OMXÇ-nin tətbiqini, mühasibat uçotu sahəsində beynəlxalq standartlara keçidi və s. qeyd edə bilərəm. Hesab edirik ki, bu islahatlar davam etdirilməlidir. İslahatların növbəti fazası çərçivəsində büdcənin əsas parametrlərinin hesablanması metodikasına və təsnifləşdirilməsinə yenidən baxılmasını təklif edirik. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişikliklər aparılmalı və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır. Qeyd edim ki, hazırda qonşu ölkələrin bəziləri artıq bu praktikaya keçid ediblər".
Palata sədri deyib ki, hazırda vahid büdcə təsnifatında fiskal balansın-kəsirin maliyyələşdirmə mənbələrinin təsnifləşdirilməsi öz əksini tapmır. Bu göstəricinin komponentlərindən biri də özəlləşdirmədən daxilolmalardır:
"Kəsirin maliyyələşdirilmə mənbələrinin VBT ilə müəyyən edilməməsi icra prosesinə də təsirsiz ötüşmür və qeyri-müəyyənliklərin yaranması ilə nəticələnir. Rəydə özəlləşdirmədən daxilolmaların tərkibini araşdırmışıq və bu daxilolmaların tərkibinin bir hissəsinin birbaşa gəlir parametri ilə bağlı olduğunu müəyyən etmişik.
Hesab edirik ki, büdcə qaydasının hesablamalarının aparılması zamanı özəlləşdirilmədən daxilolmaların gəlir parametri ilə əlaqəli olmayan digər hissəsinin qeyri-neft daxilolmalarında nəzərə alınması məsələsinə də baxıla bilər".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri