Büdcə xərcləri Ermənistanla Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərindən 1,3 dəfə çoxdur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
“Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri 24,3 milyard ABŞ dolları olmaqla Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən (18,8 milyard ABŞ dolları) 1,3 dəfə çoxdur. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan 19,5 milyard manatlıq və ya 11,5 milyard ABŞ dollarlıq qeyri-neft büdcəsi də sosialyönlü xərclərdən ibarət olan məbləğcə 16,9 milyard manat və ya təxminən 10 milyard ABŞ dolları təşkil edən sosial büdcəmiz də Ermənistanın 2025-ci il üçün planlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun transfertləri nəzərə alınmasa belə, Azərbaycanın büdcə gəlirləri artım dinamikasına malikdir: “Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















