Büdcədən nəqliyyat sahəsinə nə qədər vəsait ayrılacaq?
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı il dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon manat vəsait proqnozlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.
Dövlət büdcəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40,0 milyon manat vəsait proqnozlaşdırılıb.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















