Icma.az
close
up
RU
“Büdcənin təhlili bir sıra məqamlara fokuslanmağı vacib edir”

“Büdcənin təhlili bir sıra məqamlara fokuslanmağı vacib edir”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafının təmin edilməsi baxımından makroiqtisadi siyasətin ən mühüm komponentlərindən olan büdcə siyasətinin təhlili kontekstində təqdim edilən 2026-cı ilin büdcə zərfinin strukturu onu deməyə əsas verir ki, 2026-cı ildə həyata keçiriləcək büdcə prosesi ilə bağlı hökümətin baxışı iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına istiqamətlənib. 

Eyni zamanda, təqdim edilən büdcə zərfinin müvafiq parametrləri dünya iqtisadiyyatında baş verən proseslərə qarşı büdcə mexanizmləri vasitəsilə müvafiq proaktiv, adaptiv və reaktiv mexanizmlərin tətbiq edlməsinə imkan verir.

Təbii ki, dünya iqtisadiyyatında formalaşmaqda olan çağırışlar, risklər ölkəmizin əsas makroiqtisadi göstəricilərində, o cümlədən  büdcə prosesində də öz təsirlərini tapmalıdır. Ancaq bununla yanaşı, ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yüksəldilməsinə prioritet olaraq istiqamətlənməsi zəruridir ki, təqdim olunan zərfdə bu görünməkdədir.

Təqdim olunan 2026-ci ilin dövlət büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmaqdadır.

Təqdim olunan 2026-ci ilin dövlət büdcəsi layihəsində daxilolmalar və xərclər seqmentləri üzrə cari il üçün qəbul edilmiş dövlət büdcəsi ilə müqayisədə mövcud olan artımlar, zənnimcə, büdcə imkanlarımızın artmasını göstərməklə yanaşı dünya təcrübəsində effektiv milli iqtisadi sistemlərə malik olan dövlətlərdə müşahidə olunan trendlərlə uyğunluq təşkil edir. 

Bununla yanaşı, büdcə resurslarının artması dünya iqtisadiyyatında baş verən ciddi transformasiyalara, o cümlədən struktur böhranın dərinləşməsinə, nəqliyyat-logistik dəhlizlərin, istehsal zəncirlərinin deformasiyalarına, dünyadakı yeni münaqişə ocaqlarının yaratdığı iqtisadi problemlərə ölkə iqtisadiyyatının proaktivliyinin və reaktivliyinin indikatoru kimi çıxış edir.

Büdcə layihəsinin sistemli təhlili bir sıra məqamlar üzərində xüsusilə fokuslanmağı vacib edir.

Layihəyə əsasən, 2026-ci ilin dövlət büdcəsində büdcə kəsirinin 3 mlrd. manatdan bir qədər artıq olacağı nəzərdə tutulur. Bu elmi cəhətdən əsaslandırılmış, beynəlxalq miqyasda öz səmərəliliyini sübut etmiş büdcə yanaşmalarına uyğundur. Belə ki, büdcə kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti göstəricisi baxımından proqnozlaşdırılan kəsir göstəricisi təhlükəli parametrlərdən çox uzaqdır. Eyni zamanda, milli iqtisadiyyatın müvafiq investisiya impulsunun artırılması baxımından bu istiqamətdə artım potensialının olmasını nəzərə almaq lazımdır.

Təqdim olunan sənəddə büdcə daxiolmaları üzrə ənənəvi 3 əsas istiqamət, yəni Dövlət Neft Fondundan transferlər, vergi və gömrük xəttləri üzrə  yığımlarla bağlı əks olunan rəqəmlər o qənaətə gəlməyə imkan verir ki, ümumilikdə büdcə daxilolmaları ilə bağlı gözləntilər ölkə iqtisadiyatının strukturuna əsaslanır. Bununla yanaşı, milli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər daxilolmalarda öz əksini tapmaqdadır. Fiskal ylğımlarla, eləcə də resursların idarəetməsi ilə bağlı mövcud imkanlar onların optimallaşdırılması istiqamətində bir sıra addımların mümkünlüyünü  göstərməkdədir.  

Son aylarda dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı bir sıra effektiv qərarların qəbul edilməsi bu tezisin dogru oluğunu təsdiq edib. Bu istiqamətdə müvafiq tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi respublikamızda investisiya tutumunun genişləndirilməsinə, milli  iqtisadiyyatımızın real sektorunun inkişafına, idxaldan asılılığın azaldılmasına və ixracın şaxələndirilməsinə müsbət impulslar verməlidir.

Təqdim olunan layihədə insan kapitalı ilə bağlı xərclərin artması effektiv büdcə siyasətinin təzahürüdür. Belə ki, büdcə layihəsində sosial xərclərin xüsusi çəkisinin 41,1 faizə çatması proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, son 5 ildə sosial xərclər üzrə artım təqribən 40 faiz təşkil edib. Bu istiqamətdə artımlar əhalinin sosial rifahının yüksəldilməsi məqsədinə xidmət etməklə yanaşı, ölkənin daxili bazarında alıcılıq qabiliyyətinin qorunmasına, əmək bazarında kompetensiyaların artmasına, aktiv məşğulluq siyasətinin  həyata keçirilməsinə şərait formalaşdırmaqdadır.

Eyni zamanda, aktual iqtisadi tədqiqatlara və beynəlxalq təcrübəyə əsasən bildirə bilərik ki, son onilliklərdə effektiv büdcə siyasəti həyata keçirən ölkələrdə insan kapitalına ayrılan vəsaitlərin həcmi davamlı olaraq artırılmaqdadır. Bu baxımdan, Azərbaycanda da bu yanaşmaların tətbiqi təqdirəlayiqdir. Belə ki, büdcə layihəsinə əsasən, 2026-cı ildə  təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 68,4 milyon manat, ötən illə müqayisədə isə 658 milyon manat çoxdur. 

Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsinin digər tədbirləri üçün 616 milyon manat vəsaitin ayırılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 48 milyon manat və ya 8,4% çoxdur. Layihəyə əsasən, həmin vəsaitin 412 milyon manatının təhsil xərcləri, 177 milyon manatının təqaüd xərcləri, 27 milyon manatının isə təhsil sahəsində digər tədbirlər üzrə xərclərin olması nəzərdə tutulur. Nəzərə alaq ki, 2022-ci illə müqayisədə təhsil və elmə ayrılan vəsaitin həcminin artım göstəricisi mütləq ifadədə 1,4 milyard manat və ya 35,7% dir.

Təhsil xərclərinin büdcədəki xüsusi çəkisinə gəldikdə, görürük ki, büdcəmizdə təhsil xərclərinin xüsusi çəkisi 12 faizdir. Bununla yanaşı, respublikada daxili özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması milli iqtisadiyyatımızda investisiya artımının əsas qeneratoru kimi mövqeləşməlidir.

Büdcə layihəsində dövlət investisiya xərcləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsinə ayrılacaq vəsaitin böyük paya malik olmasını müsbət hal kimi xüsusilə qeyd etmək lazımdır. Bu işlərin yerinə yetirilməsi üçün  nəzərdə tutulan kapital qoyuluşları həmin ərazilərin surətli inkişafına və bütövlükdə makroiqtisadi gündəmə müvafiq təkan vermiş olacaq.

Büdcə xərcləri ilə bağlı daha bir böyük önəm kəsb edən məsələ müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə xərclərin son 5 il müddətində önəmli şəkildə artmasıdır ki, zənnimcə bunun məqsədəuyğunluğu və hətta zəruriliyi şübhə doğurmur.

Təqdim edilən büdcə zərfinin müzakirəsi kontekstində dövlət borcu ilə bağlı olan vəziyyətə və perspektivlərə nəzər yetirməyi məqsədəuyğun hesab edirəm. Belə ki, əslində dövlət borcu ilə bağlı olan vəziyyət ölkə iqtisadiyyatının böyük potensialının mövcudluğunu göstərməkdədir.

Bu kontekstdə maliyyə naziri Sahil Babayevin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirdiyinə görə ortamüddətli dövrdə dövlət borcunun kəskin artımı gözlənilmir, bu da fikrimcə, müsbət amil kimi dəyərləndirilməlidir.

Zənnimcə, aparılmış sistemli təhlillər onu bildirməyə əsas verir ki, təqdim edilən büdcə zərfinin layihəsi milli iqtisadiyyatımızın  dayanıqlı inkişafına xidmət edir.

Samir Vəliyev

Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see337

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see211

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see190

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see183

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see171

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see159

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri