Büdcəyə 900 milyon manat ödəyəcəklər Nazir açıqladı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib: "Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatlarını əldə etmişik, 885 müəssisə üzrə isə dividend proqnozu hesabatlarını formalaşdırmışıq. Bu təhlilin nəticəsi olaraq, gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub. Bu, həm son illərdə dövlət şirkətlərinin idarə edilməsi sahəsində əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində yeni istiqamətin və yanaşmanın bariz nəticəsidir. Düşünürük ki, növbəti illərin dövlət və icmal büdcələri hazırlanarkən dövlət şirkətləri ilə sıx əməkdaşlığı davam etdirməklə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə nail ola biləcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















