Budvada növbəti “gümüş”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Monteneqronun Budva şəhərində davam edən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan milli komandası növbəti uğurunu əldə edib.
Futbolpress.az xəbər verir ki, yığmamızın üzvü İsmayıl Nəsirzadə (52 kq) qitə birinciliyini ikinci pillədə başa vurub.
Çempionluq uğrunda keçirilən həlledici döyüşdə İngiltərə boksçusu Şaylo Makleodla üz-üzə gələn idmançımız rəqibinə üstünlüyü verərək yarışın gümüş medalına yiyələnib.
İsmayıl Nəsirzadənin bu göstəricisi ilə milli komandamızın Monteneqrodakı ümumi medal sayı 7-yə yüksəlib. Əvvəlki döyüşlərdə Cəmilə Muradlı (57 kq) fəxri kürsünün üst pilləsinə qalxaraq qızıl, Həsrət Məmmədov (46 kq) və Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc medallara sahib çıxmışdılar.
Aktivində 1 qızıl, 3 gümüş və 3 bürünc mükafat olan Azərbaycan yığmasının daha bir təmsilçisi bu gün qitə çempionluğu uğrunda final qarşılaşmasına çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Oktyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















