Buffon İtaliya millisinin DÇ 2026 dan kənarda qaldığına hələ də inanmır
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Futbol üzrə İtaliya millisinin sabiq qapıçısı Cianluici Buffon söyləyib ki, İtaliya millisinin növbəti dəfə dünya çempionatından kənarda qalmasına heç cür izah tapa bilmir.
İdman.Biz xəbər verir ki, əfsanəvi qapıçı bununla bağlı fikirlərini bölüşərkən maraqlı müqayisə aparıb.
Onun sözlərinə görə, hətta 1 000 yadplanetlinin Yer kürəsinə gəlməsi belə bu ssenaridən daha real görünür.
Buffon bildirib ki, milli komandanın üçüncü dəfə ardıcıl olaraq mundiala vəsiqə qazana bilməməsi ehtimalı onun üçün hələ də qəbulolunmazdır.
O, bu vəziyyəti millinin tarixində ağrılı bir səhifə kimi qiymətləndirib və qeyd edib ki, 12 il əvvəl belə nəticənin baş vermə ehtimalını yadplanetlilərin hücumundan daha aşağı hesab edirdi.
Baxış sayı:129
Bu xəbər 22 Aprel 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















