Bugatti nin ən nadir modellərindən biri satışa çıxarılacaq
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"RM Sotheby's" hərrac evi aprelin sonunda "Bugatti" markasının ən nadir modellərindən birini satışa çıxaracaq.
Avtosfer.az hərrac evinin rəsmi saytına istinadən xəbər verir ki, söhbət 1990-cı illərin ikinci yarısında cəmi üç ədəd istehsal olunmuş "Bugatti EB112" modelinin sonuncusundan gedir.
Dördqapılı fastbek üslublu bu avtomobil ümumi yollarda istifadə üçün qeydiyyatdan keçsə də, təxminən 30 il ərzində cəmi 388 kilometr yol qət edib. Kolleksiya nümunəsinin 1.5-2 milyon avro arasında qiymətə satılacağı gözlənilir.
Satışa çıxarılan avtomobil 2015-ci ilə qədər Gildo Pastorun mülkiyyətində olub, hazırda isə ikinci sahibi tərəfindən satışa təqdim edilib. Hərrac təşkilatçıları bildirirlər ki, bu satış müasir tarixdə faktiki olaraq yeganə "Bugatti" sedanına sahib olmaq üçün unikal imkandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Mart 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















