Buğda bahalaşdı Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır.
Bizim.Media xəbər verir ki, iqtisadçı Emin Qəribli “demokrat.az”a açıqlamasına görə, bu, dünya bazarlarında buğdanın qiymətinin artımı təbii ki, ilk növbədə Qara dənizdə baş verən hadisələrlə, Rusiya ilə Ukrayna arasında yaranan problemlərlə əlaqədardır:
"Təxmini olaraq dünya bazarlarında Rusiyanın və Ukraynanın 30%-ə qədər payı var. Bu ölkələr buğdanı Qara dəniz üzərindən ixrac edirdilərsə, indi ixrac edə bilmirlər.
Ölkələr də hazırda daha çox digər ölkələrə müraciət edirlər. Ona görə həmin ölkələrdə, həmin bazarlarda qiymət artımı baş vermişdi. Burada ikinci səbəb də var. Son aylarda bildiyimiz kimi, Avropada və Amerika Birləşmiş Ştatlarında bu il quraqlıq olub. Quraqlıq olduğuna görə bu da buğdanın qiymətinə təsir göstərib. Bu, təxminən iyul ayından başlayaraq qiymətlərin artmasına səbəb oldu və bu dönəmdə də artımın davam etdiyini görürük".
İqtisadçı əlavə edkb ki, Azərbaycana gəldikdə isə biz əsasən buğdanı Rusiya və Qazaxıstandan alırıq:
"Rusiyanın Qara dənizdən ixrac imkanları məhdudlaşsa da, bizim bölgədə o problem yoxdur və inanmıram ki, bu, bizə ciddi təsir göstərsin. İndi müəyyən miqdarda dünya bazarlarından da alsaq, qiymət artsa belə, biz bilirik ki, mövcud hökumətimiz çörək buğdasının qiymətini tənzimləyir və bu artım digər ölkələrə təsir etdiyi qədər bizə təsir etməz. Hesab edirəm ki, bu problem də yəqin ki, həll olunar.
Bu baxımdan bizim ölkədə qiymətlər tənzimləndiyinə görə, müvafiq tədbirlər nəticəsində istehlakçı bunu hiss etməz. Ola bilsin ki, ayrı-ayrı sahibkarlara təsir göstərə bilər. Lakin biz bunu vaxtaşırı son illər ərzində müşahidə etmişik. Gördük ki, hökumətin müvafiq və qabaqlayıcı tədbirləri nəticəsində hər hansı ciddi problemlə rastlaşmadıq".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 23 Sentyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















