Icma.az
close
up
RU
BUĞDA İSTEHSALI AZALIB, İDXAL İSƏ ARTIB Çörəyin qiyməti bahalaşacaq?

BUĞDA İSTEHSALI AZALIB, İDXAL İSƏ ARTIB Çörəyin qiyməti bahalaşacaq?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 2025-ci ilin 1 sentyabr tarixinə olan məlumata görə, buğda əkilmiş sahələrin 99,1%-ində yığım artıq başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın son məlumatına əsasən, 474,8 min hektar sahədən 1 588,7 min ton buğda toplanıb. Hər hektardan orta məhsuldarlıq 33,5 sentner təşkil edib.

Ötən illə müqayisədə hər hektardan məhsuldarlıq 2,6 sentner artsa da, ümumi yığım azalıb. Belə ki, ötən il 1 685 000 ton buğda yığılmışdısa, bu il bu rəqəm 97 min ton azalıb. Bunun əsas səbəbi isə bu il daha az sahədə buğda əkilməsidir. Belə ki, ötən il 546,1 min hektar, bu il isə 479,1 min hektar sahədə buğda əkilib.

Digər tərəfdən, daxili tələbatı ödəmək məqsədilə, ilin ilk 7 ayında Azərbaycan Qazaxıstan və Rusiyadan 643,1 min ton buğda idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183 min ton çoxdur.

Maraqlıdır, istehsalın azalması və idxalın artması gələcəkdə un və çörəyin qiymətinə necə təsir göstərəcək?

İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, daxili buğda həcmi qiymətləri formalaşdıran əsas amil deyil.


Ekspertin sözlərinə görə, Azərbaycanda istifadə olunan buğdanın təxminən 75%-i xaricdən idxal olunur. Əvvəllər idxal əsasən Rusiyadan həyata keçirilirdisə, hazırda Qazaxıstandan daha çox buğda gətirilir.

X. Kərimli qeyd edib ki, dünyada buğda qiymətlərində ciddi bahalaşma müşahidə olunmur: “Son bir ildə dənli bitkilərin qiymətlərində əhəmiyyətli dəyişiklik olmayıb. Yerli istehsal nə qədər çox olsa da, dünyada buğdanın qiyməti bahalaşarsa, Azərbaycanda da qiymətlər yüksələcək. Çünki yerli istehsal qiymətləri stabil saxlaya bilmir”.

Ekspert bunu belə izah edib: “Məsələn, təsəvvür edin ki, 'AzərGold' yerli qızıl istehsal edir. Dünyada qızılın qiyməti artdıqda, 'AzərGold' da qiyməti stabil saxlaya bilmir. Bu, yerli istehsalın həcmindən çox, dünya bazarında buğda qiymətlərinin artıb-azalması ilə bağlıdır. Azərbaycanda buğdanın qiyməti əsasən yerli bazarda deyil, dünya bazarında formalaşır. Hazırda isə dünya bazarında qiymətlərdə kəskin dəyişiklik müşahidə olunmur. Buna görə də Azərbaycanda buğdanın qiymətində bahalaşma və ya ucuzlaşma gözlənilmir”.

Qeyd edək ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) 12 iyun 2025-ci il tarixli hesabatına əsasən, 2025/2026-cı məhsul ili üzrə qlobal buğda istehsalının 2024/2025-ci ilə nisbətən 9 milyon ton artaraq 809 milyon ton olacağı proqnozlaşdırılır.

Lakin artan istehsala baxmayaraq, qlobal buğda ehtiyatlarının 263 milyon tona düşəcəyi və ehtiyatların istehlaka nisbətinin 32 faiz səviyyəsində olacağı gözlənilir ki, bu da bazarda gərginliyin göstəricisidir. Dünya buğda ticarətinin isə 3,9% artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri