Icma.az
close
up
RU
Bugünədək 19 minə yaxın gənc özünüməşğulluq proqramı ilə öz kiçik ailə təsərrüfatını yaradıb

Bugünədək 19 minə yaxın gənc özünüməşğulluq proqramı ilə öz kiçik ailə təsərrüfatını yaradıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin məşğulluğunun təminatı və kiçik biznesə çıxışının dəstəklənməsidir.

Bu ilin ötən dövründə agentlik tərəfindən daha 61 min 700-dən çox gənc münasib işlərlə təmin edilib, 24 mindən çox gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunaraq onlar üçün kiçik bizneslər yaradılıb. Ümumilikdə isə bugünədək 19 minə yaxın gənc özünüməşğulluq proqramından faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmçinin bildirilib ki, agentlik tərəfindən “Kashalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzindəki autizmli gənclər və onların ailə üzvlərinin məşğulluğu təmin edilir. “Gənclərin biznes emalatxanası” layihəsi isə peşə təhsili mərkəzlərindən məzun olmuş gənclərin məşğulluğunun təmin olunması layihəsidir. Bu layihə üzrə də 60-dək gəncin məşğulluğu təmin edilib. Eləcə də özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri”, “Səyyar kofe evləri regionlarda” layihələri üzrə gənclər akltivlərlə təmin edilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılır.

“Biznesini yarat” layihəsi üzrə də gənclərin biznes ideyalarını reallaşdırmalarına özünüməşğulluq proqramı vasitəsilə dəstək göstərilir. Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilən “İrəliləyiş” layihəsi çərçivəsində dövlət və özəl müəssisələrdə beynəlxalq normalara uyğun təcrübənin formalaşması və yüksək potensiallı gənclərin karyera bacarıqlarının inkişafı üçün onların təcrübə proqramlarında iştirakları təmin edilib. Bu layihə iş təcrübəsi olmayan və bu səbəbdən işə düzəlməkdən çətinlik çəkən gənclərə ilk iş təcrübəsinin əldə olunmasında dəstək göstərir. 1405 nəfər bu layihəyə cəlb edilib.

Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas-peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və digər mövzular üzrə məlumatlandırılırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see130

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri