Bugünkü hərracda 16 nəqliyyat vasitəsi satılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 8500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 min 800 manata, 8200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 min 700 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar iyulun 15-i, 22-si və 29-da keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.

Bugünkü hərracda 13 nəqliyyat vasitəsi satılıb AZƏRTAC
19 Dekabr 2024 17:12
Bugünkü hərracda daha 32 dövlət əmlakı olan nəqliyyat vasitəsi satılıb
08 Aprel 2025 17:51
Hərracda 55 nəqliyyat vasitəsi satılıb
19 Avqust 2025 16:16
Bugünkü hərracda 73,3 milyon dollar satılıb
26 Noyabr 2024 13:40

