Bugünkü iməclikdə Bakının 556 küçəsi yuyuldu FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, avqustun 15-də Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə təmizliklə bağlı genişmiqyaslı ümumçəhər daxili iməcliyi keçirilib.
SİA xəbər verir ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub. İməclik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur. Eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Eyni zamanda, paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 15 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















