Icma.az
close
up
RU
Bugünkü təhsil sistemi uşağa çox məlumat verir, amma düşünmə vərdişi formalaşdırmaqda çətinlik çəkir

Bugünkü təhsil sistemi uşağa çox məlumat verir, amma düşünmə vərdişi formalaşdırmaqda çətinlik çəkir

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Məntiq fənninin məktəblərdə tədris olunması vacibdir və bu, sadəcə bir fənn məsələsi deyil, düşüncə tərzinin formalaşması ilə bağlı fundamental bir məsələdir. Məntiq uşaqlara təkcə düzgün cavabı tapmağı deyil, düzgün düşünməyi, arqumentləşdirməyi, səbəb-nəticə əlaqələrini dərk etməyi öyrədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli məktəblərdə rəsmi şəkildə məntiq fənninin tədris olunmasının vacibliyindən danışarkən bildirdi.

"Biz illərlə əzbərləməyə əsaslanan tədris sistemində böyümüşük, nəticədə bir çox gənc informasiyanı analiz etməyi yox, sadəcə qəbul etməyi öyrənib. Məntiq isə bunun tam əksinə, düşüncəni aktivləşdirir, insanı “niyə” və “necə” sualları ilə yaşamağa sövq edir. Bu fənn uşaqlarda tənqidi təfəkkürü inkişaf etdirir, manipulyasiyalara qarşı immunitet yaradır, sosial mediada, gündəlik həyatda, hətta siyasət və iqtisadiyyatda verilən məlumatları analiz etmə bacarığını formalaşdırır. Məntiq öyrənən uşaq sadəcə yaxşı şagird deyil, həm də sağlam düşünən və qərar verərkən emosiyadan çox sübutlara əsaslanan bir fərd olur. Əslində, bu fənn yalnız gələcəkdə filosof və ya hüquqşünas olmaq istəyənlər üçün deyil, istənilən ixtisas sahəsi üçün faydalıdır. Məsələn, müəllim üçün düzgün pedaqoji qərarlar, mühəndis üçün sistematik analiz, həkim üçün diaqnostik düşüncə, hamısının mərkəzində məntiq dayanır. Ona görə də bu fənn ayrıca və rəsmi şəkildə, mərhələli şəkildə, ibtidai siniflərdə düşüncə oyunları, yuxarı siniflərdə isə analitik və arqumentativ məzmunla tədris edilməlidir. Bugünkü təhsil sistemi uşağa çox məlumat verir, amma düşünmə vərdişi formalaşdırmaqda çətinlik çəkir. Məntiq dərsi bu boşluğu doldura bilər. Əgər biz gələcəyin yaradıcı, tənqidi düşünən və azad fikirli vətəndaşını yetişdirmək istəyiriksə, məntiq fənni artıq “olsa yaxşı olar” səviyyəsində deyil, “mütləq olmalıdır” səviyyəsində bir zərurətdir", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri