Builki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Builki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb. SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə deyib.
O qeyd edib ki, sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb:
“Komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















