Icma.az
close
up
RU
Bülbülə gölünün ətrafındakı qəbiristanlığın köçürülməsi təklif olunur

Bülbülə gölünün ətrafındakı qəbiristanlığın köçürülməsi təklif olunur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün ətrafındakı qəbiristanlığın köçürülməsi zəruridir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində bildirib.

Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən, gölünün üzərindən körpü inşa ediləcək. Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə istirahət məkanına çevriləcək. Artıq gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün ətrafda minlik magistral xətt çəkilib.

"Lazımı səviyyədə təmizlənmiş çıxan sular paytaxtın içməli su tələbatının böyük hissəsini təmin edə bilər. Orta hesablamalara görə, Bakıya saniyədə 20 kubmetrədək su daxil olur ki, bunun da yalnız kiçik bir hissəsi içməli məqsədlə istifadə olunur, qalan hissəsi isə digər məqsədlər üçün sərf edilir".

R. Abbasov bildirib ki, suyun istifadəsində fərqləndirilmiş tariflərin tətbiqi vacibdir:

"Belə ki, su istehlakçıları istifadə etdikləri həcmə görə ödəniş etməli və buna görə məsuliyyətli olmalıdırlar. Bu, suyun səmərəli istifadəsinə marağı artırmaq üçün zəruridir".

Abşeron yarımadasında 200-dən çox gölün olduğunu vurğulayan ekspert bildirib ki, bunlar statik su ehtiyatlarıdır, yəni daim yenilənmirlər: "Bu səbəbdən onların istifadəsi diqqətlə planlaşdırılmalıdır. Misal üçün, Ermənistanın Sevan gölü səviyyəsinin 20 metr aşağı düşməsi ekoloji fəlakətə səbəb olub. Bu isə statik su ehtiyatlarının yanlış istifadəsinin ciddi nəticələr doğura biləcəyini göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri