Bülent Ersoydan balaca fanatlarına böyük jest: Paçka” pulları işə saldı (Video)
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk klassik musiqisinin məşhur nümayəndəsi Bülent Ersoy konsert zamanı balaca pərəstişkarlarına etdiyi jestlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Ataköy Marinada səhnəyə çıxan sənətçi qara daş-qaşlı libası və brilyantları ilə də tamaşaçıların diqqətini cəlb edib. Lakin gecənin ən yaddaqalan anlarından biri onun uşaqlarla yaşadığı səmimi anlar olub.
Konsert zamanı uşaqlardan biri Bülent Ersoydan onunla şəkil çəkdirməsini istəyib. Sənətçi balaca pərəstişkarının xahişini məmnuniyyətlə qəbul edərək onu səhnəyə dəvət edib. Daha sonra başqa bir uşaq da Ersoyla foto çəkdirmək üçün səhnəyə yaxınlaşıb və o, ikinci pərəstişkarını da yanına çağırıb.
Birlikdə şəkil çəkdirən uşaqlar daha sonra Bülent Ersoyun diqqətindən kənarda qalmayıb. Sənətçi çantasından böyük məbləğdə pul çıxararaq köməkçisinə verib və həmin vəsaitin iki uşaq arasında bölüşdürülməsini istəyib.
Balaca pərəstişkarlarına xərclik verən Bülent Ersoyun bu addımı onların böyük sevincinə səbəb olub. Uşaqlardan biri sənətçiyə sarılaraq təşəkkürünü bildirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə də yayılaraq gündəmə gəlib. Ersoyun uşaqlara göstərdiyi diqqət və səxavətli jesti konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















