Bülənt Ərsoydan tənqidlərə cavab Rihanna kimi geyindim
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli müğənni Bülənt Ərsoy "Altın kelebek"də geyindiyi libasla bağlı tənqidlərə cavab verib.
Axşam.az-ın məlumatına görə, ifaçı özünü daha əvvəl "Met Gala"da paltarının oxşarını geyinən Rihanna ilə müqayisə edib:
"Dünya səviyyəli modelyerlərlə işləyən məşhur Rihanna bu modeli bəyənib geyinib. Mən də sevənlərimin qarşısına həmin modeldə çıxmaq istədim. Parçası da ipəkdir, Parisdən gətirtmişəm. Yaxşı da etmişəm, düşmənlərim çatlasın. Mən kisə geyinsəm də yaraşır. Çünki Bülənt Ərsoyam. Heç vaxt adi biri olmadım, olmayacağam da. Bir ovuc zövqsüz insan isə həmişə məni qısqanacaq. Siz danışdıqca mənim dəyərim artır. Heç kədərlənmirəm də. Məni ancaq güldürürsünüz. Danışmağa davam edin".
O, səhnədə təngnəfəs olmasına aydınlıq gətirib və səhhəti üçün narahat olanlara təşəkkür edib. Sənətçi bildirib ki, mikrofona yaxınlaşana qədər olan məsafə səbəbindən təngnəfəs olub və həyəcanlanıb. Bu səbəbdən də danışarkən səsi titrəyib.
Baxış sayı:119
Bu xəbər 11 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















