Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli müğənni Bülent Ersoyun meneceri kimi tanınan Fevzi Siverek milyonlarla dollar dəyərində dələduzluq ittihamı ilə gündəmdədir.
Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Siverek azərbaycanlı iş adamı Teyub G.-ni İstanbulda bir torpaq sahəsinin satışı bəhanəsi ilə aldadaraq, ondan 6 milyon dollar alıb.
İstanbul Baş Prokurorluğuna verilən şikayətə əsasən, Teyub G. Kozyatağında yerləşən torpaq sahəsini almaq üçün Fevzi Siverek və qardaşı Əhməd Turan Siverek ilə razılığa gəlib. İş adamı qeyd olunan torpaq üçün ümumilikdə 6 milyon dollar ödəniş edib.
Lakin aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin Siverek qardaşlara məxsus olmadığı müəyyən edilib. Bundan sonra iş adamı prokurorluğa şikayət edib.
Şikayət ərizəsinə görə, Siverek qardaşlar özlərini dövlət qulluqçuları ilə yaxın əlaqələri olan şəxslər kimi təqdim edərək Teyub G.-nin etimadını qazanıblar. Hətta bu etimadı möhkəmləndirmək məqsədilə konsulluq vasitəsilə rəsmi görüşdə iştirak etdikləri, bu prosesdə bəzi "WhatsApp" yazışmaları, səs yazıları və video görüntülərinin də sübut kimi təqdim edildiyi bildirilib.
Dələduzluq ittihamı ilə istintaq başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Aprel 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















