Icma.az
close
up
RU
Bulvar İdarəsinin məhkəməsində ŞOK İDDİA: 60 nəfərlik gəmiyə 430 sərnişin mindirilib

Bulvar İdarəsinin məhkəməsində ŞOK İDDİA: 60 nəfərlik gəmiyə 430 sərnişin mindirilib

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsi şahid ifadələri ilə davam edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahidlərdən biri də bulvarda gəmilərə nəzarət edən, eləcə də bilet satışı ilə məşğul olan Ağababa Babayev olub.
O bildirib ki, 2017-ci ildən 2023-cü ilə qədər bulvarda gəmilərə nəzarət edib, eləcə də bilet satışı ilə məşğul olub:
"2017-ci ildə bilet satmışam, 2018-ci ildən bileti kassa ilə satmağa başlamışıq. Kassadan kənar bilet satmaq mümkün deyildi. Bulvarda fəaliyyət göstərən gəminin biri 350, digəri 60 nəfər tuturdu. "Mirvari" gəmisi may ayının ortasından sentyabra qədər işləyirdi. Biletin qiyməti mən işlədiyim müddətdə 3, pandemiyadan sonra isə 5 manat olmuşdu. 60 nəfərlik "Şəfəq" gəmisi qış, 350 nəfərlik "Mirvari" gəmisi isə yay aylarında işləyirdi".
Şahid məhkəmədə deyib ki, gəmilərin hərəkət etməsi üçün hər hansı bir insan sayı müəyyən edilməmişdi. Həmçinin o, gəmilərin COVID-19 pandemiyası vaxtı işləmədiyini söyləyib.
Təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli şahidin məhkəmə və istintaqa verdiyi ifadəsinin ziddiyyət təşkil etdiyini söyləyib. Vəkil bildirib ki, şahid pandemiya vaxtı bulvarda səyahət gəmilərinin işləmədiyini söyləyib, lakin istintaq materiallarında COVID-19 pandemiyası zamanında səyahət gəmilərinin 80 min sərnişin daşıdığı qeyd olunub.
Həmçinin şahid istintaqa verdiyi ifadələrinin birində deyib ki, "Şəfəq" gəmisi ilə minimum 30, "Mirvari" gəmisi ilə isə 100 nəfər olmamış gəmilər səfərə çıxmayıb.
Vəkil İsmayıl Kəngərli şahidin ifadələri arasındakı ziddiyyəti soruşub.
Şahid Ağababa Babayev cavabında deyib ki, müəyyən olunan qədər adam yığılması üçün bilet alanlardan bəziləri lazım olan həddin dolmasını gözləyir, bəziləri isə gözləməyib çıxıb gedirdi.
Prosesdə vəkil İsmayıl Kəngərli deyib ki, Dövlət Dəniz və Liman Agentliyi səyahət gəmilərinin gecə saat 1, 2, 4, 5 radələrində səfərə çıxdığını, həmçinin 60 nəfərlik gəmiyə 430 nəfər qəbul edildiyini istintaqa bildirib. Vəkil əlavə edib ki, agentlik məhkəməyə bir say, istintaqa başqa say deyib.
Hakim vəkilə cavabında deyib ki, bu məsələyə sənədlərin tədqiqi hissəsində baxılacaq.
Növbəti iclas sentyabrın 16-na təyin olunub.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Avqust 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri