Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimələndi
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bakıda Bulvar ərazisində skuterlərin icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü Ələkbər Kərim oğlu Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Ələkbər Allahverdiyev işçilərinə Səbail rayonu, Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Bu səbəbdən həmin şəxs şöbəyə dəvət olunub, lakin sahibkar bundan imtina edib.
Ələkbər Allahverdiyev məhkəmədə əməlindən səmimi peşman olduğunu bildirib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Ələkbər Allahverdiyev 150 manat cərimə olunub və iclas zalından azad edilib.
Baxış sayı:170
Bu xəbər 29 İyun 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















