Icma.az
close
up
RU
“Bum Bum” animasiya filminin çəkilişi yekunlaşıb

“Bum Bum” animasiya filminin çəkilişi yekunlaşıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibi olan Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalı yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, rejissor, prodüser Rəşid Ağamalıyev məlumat verib.

Onun sözlərinə görə, Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilən qısametrajlı film yaxın zamanda balaca tamaşaçılara təqdim olunacaq.

Rəşid Ağamalıyev deyib ki, uşaqların milli animasiya filmlərinə böyük ehtiyacı var, bu sahədə yeni ekran əsərləri olduqca azdır: “Biz 3 illik fəaliyyətimiz dövründə ilk dəfə idi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihə ilə müraciət edirdik. “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” adlı layihəmiz mərhələləri uğurla keçdi. Tanınmış rejissor və rəssam, animator, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digər ustadlardan ibarət peşəkar bir komandamız formalaşıb. Vaqif Səmədoğlunun “Bum-Bum” poeması bizi çox təsirləndirdi. Əsər meşədə naməlum səsin heyvanlarda yaratdığı qorxu nəticəsində meydana gələn mənzərənin təsviri üzərində qurulub. İstəyirik ki, bu animasiya filmi uşaqlarda məlumatın dəqiqləşdirilməməsinin yol açdığı fəsadları görməyə imkan versin. Çox maraqlıdır ki, əsərdə naməlum səs xəbərindən təşvişə düşən heyvanlar bir-birinə baxıb kütlə halında o dərəcədə yüksək sürətlə qaçırlar ki, hətta yolda bəziləri sıldırım qayalara dəyib möhkəm əzilir, ölür, ancaq kütlə yenə də dayanmır. Burada naməlum qorxunun fəlsəfəsi uşaqlara anlaşıqlı bir dildə açılır, yırtıcı və onların şikarı olan heyvanların necə yanaşı olduqlarını, heyvanların davranışlarını uşaqlar müşahidə edə bilir. Sonda müdriklik qalib gəlir. Açıq deməliyəm ki, bu motivlər əsasında “Bum-bum” animasiya filmi iddialı layihədir. Var gücümüzlə çalışacmışıq ki, öhdəsindən uğurla gələk. Son sözü tamaşaçılar deyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri