Buna görə Hindistanda konsert verə bilməyəcək
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Hindistanda amerikalı reper Kanye Uestin konserti təhlükəsizlik səbəbindən ləğv edilib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin mayın 23-də Yeni Dehlidə yerləşən Javaharlal Nehru stadionunda konserti planlaşdırılırdı.
Bildirilib ki, Hindistan hökuməti və polisinin xəbərdarlıqlarından sonra paytaxtda yüksək təhlükəsizlik rejimi tətbiq olunub. Təşkilatçılar təhlükəsizliyin onlar üçün hər şeydən vacib olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu konsert ölkə tarixinin ən böyük musiqi tədbirlərindən biri hesab olunurdu. Məlumata görə, tədbirin oktyabra keçirilməsi planlaşdırılır. Lakin hələlik yeni tarix açıqlanmayıb.
Konsert əvvəlcə martın 29-na planlaşdırılmışdı. Həmin vaxt da regionda artan ictimai-siyasi gərginlik səbəbindən təxirə salınmışdı.
Baxış sayı:159
Bu xəbər 16 May 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















