Icma.az
close
up
RU
“Buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur”

“Buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının III turunun “Karvan-Yevlax” – “Qarabağ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq.

– “Benfika” ilə oyuna hazırlaşan “Qarabağ” üçün “Karvan-Yevlax”la matça köklənmək çətin deyilki?
– Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə “Karvan-Yevlax”la matçı fikirləşirdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, “Ferentsvaroş”la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq.

– Kamilo Duran debüt etdi, amma Dani Montiel hələ ki görməmişik. Onun durumu necədir?
– Burada elə bir ciddi problem yoxdur. Sadəcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

– Son günlərdə “Neftçi”nin “Qarabağ”ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, “Neftçi” tərəfinin “Qarabağ”ı təbrik etməməsi düzgündür?
– Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. “Neftçi” hamımızın “Neftçi”sidir, Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.

– Samba Sumano və Juninyonun “Qarabağ”a keçidi məsələsi nə dərəcədə doğrudur?
– Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı.

– Çempionlar Liqasının təqvimindən razısız?
– Normaldır. Əsas mərhələdir də. Bir deyim var, keçəl Həsən, Həsən keçəl, ikisi də eynidir.

– Legioner limitinin ləğvi Azərbaycan futboluna nə verdi, nə aldı?
– Fikir bildirmək tezdir. Çempionatın gedişatında baxacağıq. Komandalar da keçən mövsümə nisbətən bəlkə daha da ciddiləşib, daha da fərqli olub.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 Avqust 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri