Icma.az
close
up
RU
“Bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq” Qüdrət Həsənquliyev

“Bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Mən hesab edirəm ki, bu gün parlament tribunasından bizim mini futbol üzrə dünya çempionatında yarımfinala çıxmış minifutbol komandamızı təbrik etməyə dəyər. Onlar çox güclüdürlər və xalqımız onları izləyir və onlarla qürur hissi keçirir. Hesab edirəm ki, onlar çempion olmaq şanslarını da əldən vermiyəcəklər.
Hörmətli sədr, hörmətli həmkarlar! Birinci oxunuşda mən bu məsələ ilə bağlı danışmışdım və demişdim ki, dəyişikliklərin demək olar ki hamısı mütərəqqi dəyişikliklərdir. Yalnız, bir məsələyə etiraz etmişdim. Hörmətli Bəhuz Məhərrəmov sağ olsun ki mənim təklifimi qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili diqqətə çatdırıb: “Və o zaman söyləmişdim ki, yəni oğurluğa görə cəzanın sərtləşdirilməsini həm də bu işin yükünün həcminə görə düzgün saymamışdım. Mənim indiki təklifimim ikinci oxunuşun tələblərinə uyğun olan bir təklifdir. Əslində bu da burokratiyanın azaldılmasına xidmət edən bir məsələdir. Mən birinci oxunuşda söyləmişdim ki, xüsusilə də daxili işlər orqanlarında müstəntiqlərin, təhqiqatçıların iş yükü normadan xeyli artıqdır. Söhbət ondan gedir ki, əgər müstəntiq vəfat edirsə, ağır xəstəliyə tutulursa, o zaman istintaq qurumunun rəisinin nəzarəti çərçivəsində müstəntiq, yaxud təhqiqatçı dəyişdirilə bilər. Bu zaman prokurorluq orqanlarına yazılı məlumatın verilməsi, bu lahiyədə nəzərdə tutulur. Mən hesab edirəm ki, yazılı məlumat vermək əlavə burokratiyadan başqa bir şey deyil. Onsuz da onların yazı-pozu işləri həddindən artıq çoxdur. Yəni bunu buradan çıxarmaq olar. Və 85.6.5-ci maddədən bunu çıxarsaq eyni qaydada onda 85.6.5-ci bənddən və 86.7.2-2-ci maddədən də o “yazılı" sözünü çıxarmaq olar. Bu formada vermək olar ki, istintaqa nəzarət edən şəxs cinayət işini bir təqdiqatçının icraatından götürərək digər təqdiqatçının icraatına verir və bu barədə ibtidai araşdırmaya prosesessual rəhbərliyi həyata keçirən prokuror məlumatlandırılır. Yəni bunun yazılı formada edilməsi, dediyim kimi əlavə burokratiyadan başqa heç nəyə gətirib çıxarmayacaq”.
Millət vəkili həmçinin əlavə edib: “Sonda bu xüsusilə bir vacib məsələyə də münasibət bildirmək istəyirəm. Bu da onunla bağlıdır ki, keçən dəfə bizim hörmətli həmkarımız Elnarə Akimova da bu məsələyə toxundu. Bu Gəncədə bizim bir gəncin, Elgün İbrahimovun ölümü ilə bağlıdır. Hər bir gəncin ölümü çox üzücüdür, çox ağırdır və onun ailəsi, yaxınları üçün sağalması mümkün olmayan travma deməkdir.
Dünən həm Baş Prokururluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin birgə bir açıqlaması oldu və bu məsələyə aydınlıq gətirildi ki, yəni o şəxs qəsdən öldürülməyib. Mən niyə bu məsələyə toxunuram? Bir çox hallarda bizlər çox ağır bir faciə və ictiami rezonans doğuran hadisə ilə bağlı istintaqın nəticəsini gözləmədən dərhal fərziyyələr irəli sürürük. Və bu fərziyələr bir çox hallarda həmin o gəncin ailəsinin dərdinin üzərinə əlavə bir dərd gətirir.
Məsələn, onun valideyni fikirləşir ki, oğlumu öldürüblər, amma onun qatilləri azadlıqda gəzir, ədalət öz yerini tapmayıb və s. Əslində son vaxtlar mən istəyirəm hörmətli həmkarlarımız da bilsinlər, mənim ixtisasımdır deyə izləyirəm, məsələn, Baş Prokururluq, Daxili İşlər Nazirliyi tərəfindən uzun illər bağlı qalmış çox sayda qəsdən adamöldürmə cinayətlərinin üstü açılıb. Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapıb, o şəxslər ədalət mühakiməsinin qarşısına çıxarılıblar və layiqli cəzalarını alıblar. Yəni bu məsələlərdə hüquq mühafizə orqanlarının prinsipial mövqeyini qeyd etmək lazımdır. Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşüblər ki, necə olub ki, bir dövlət əleyhinə cinayətlər törətmiş, etnik qarşıdurma yaratmaq istəyən bir cinayətkar tutulub Azərbaycana gətirilib. Buna görə əslində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təşəkkür etmək lazımdır və mən buradan təşəkkür edirəm. Onları qınamaq lazım deyil. Biz vaxtında məhz bu kimi tədbirlər görməməyimiz nəticəsində Dağlıq Qarabağda etnik separatizm baş qaldırdı və bundan hər iki xalq müharibənin nəticəsi olaraq əzab çəkdi.
Bu o demək deyil ki, hüquq mühafizə orqanlarının işlərində nöqsanlar, çatışmazlıqlar yoxdur və onlar tənqid olunmamalıdır, amma bu tənqid qərəzli olmamalıdır. Hüquq mühafizə orqanlarının gözdən salanda bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq. Ona görə ki, vətəndaşlar hüquq mühafizə orqanlarına kömək etməsələr, cinayətkarlığa qarşı effektli mübarizə aparmaq olmayacaq.
Sonuncu iclasda hörmətli Fazil Mustafa məsələ qaldırdı ki, vətəndaşlar narkotik satan bir şəxsin videosunu çəkib hüquq mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə müraciət etmişdilər və dərhal o şəxs məsuliyyətə cəlb olunmuşdu. Vaxtilə mən Parlament tribunasından demişdim ki, hüquq mühafizə orqanlarını guya narkotiklərin satışını onlar himayə edir deyə ittiham edirlər. Mən demişdəm ki, bunu əslində narkotik satışı ilə məşğul olan şəxslər yayırlar. O narkokartellər ki, vətəndaşlar çəkinsinlər, onların cinayətkar fəaliyyəti barədə hüquq mühafizə orqanlarına məlumat verməsinlər və onlar bu çirkin əməllərini davam etdirsinlər. Ona görə hesab edirəm ki, tənqid lazımdır, amma bu qərəzli olmamalıdır və hüquq mühafizə orqanlarının gözdən salınmasına xidmət etməməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see316

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see226

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see197

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri