Bundan sonra boşanma iki mərhələli olacaq Türkiyədə YENİ QƏRAR
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İllərlə davam edən məhkəmə prosesləri və faktiki olaraq sona çatmış nikahın hüquqi şəkildə davam etdirilməsi çətinliyi boşanma prosesinə yenidən baxılması zərurəti yaradıb. Bu narahatlığın qarşısını almağı hədəfləyən Türkiyə höküməti yeni qayda ilə boşanma üçün "iki mərhələli" sistem tətbiq edir.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu modeldə məhkəmələr nikahın kökündən sarsıldığını müəyyən etdikdə tez bir zamanda boşanma qərarları verəcək, aliment, kompensasiya və əmlak bölgüsü kimi maliyyə mübahisələri isə illərdir işləri dayandıran proseslərin ikinci mərhələsində həll ediləcək.
Hazırda Ədliyyə Nazirliyi tərəfindən hazırlanan Məhkəmə Paketi, illərlə uzanan və tərəflərin yeni bir həyata başlamasını qeyri-mümkün edən boşanma işlərinə köklü bir həll təqdim etməyi hədəfləyir.
Uşağın qəyyumluq kimi birbaşa maraqları da bu sistemdə daha tez həll ediləcək; aliment, kompensasiya və əmlak bölgüsü kimi mübahisələr ikinci mərhələdə və ya alternativ mübahisələrin həlli üsulları vasitəsilə qiymətləndiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 18 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















