Icma.az
close
up
RU
Bundan sonra Suriyada həyat BELƏ OLACAQ ŞOK DETALLAR

Bundan sonra Suriyada həyat BELƏ OLACAQ ŞOK DETALLAR

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Paytaxt Dəməşqin Əməvi meydanına toplaşan suriyalılar ölkələrində 61 illik Baas rejiminin devrilməsindən və Əsəd ailəsi dövrünün bitməsindən sonra sevinclərini nümayiş etdiriblər. Müxalifət hakimiyyəti ələ keçirdikdən sonra ölkənin gələcəyi ilə bağlı sual işarələri artır... 
Dəməşqin idarəçiliyini ələ keçirməsi ilə gündəmə gələn Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması Əsədin ardınca keçid hökumətini elan etsə də, HTŞ lideri Əbu Məhəmməd Colaninin Suriyanı birləşdirmək vədinin nə dərəcədə real olduğu açıqlanmır. 
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, Suriyada üç mümkün ssenari var: 
Suriyada ən yaxşı ssenari HTŞ-nin ölkə administrasiyasını mülki siyasi təşkilatların iştirakına açması olardı.
Colani indiyədək Suriyadakı müxtəlif məzhəblər arasında milli birlik və qarşılıqlı hörmət barədə bəyanatlar verib. 
Lakin Suriyadakı çoxsaylı qrupların fərqli gündəmləri var. 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyadan kənarda yaranmış çox sayda müxalifət qrupu və siyasi bloklar da mövcuddur. Bütün bu qrupların Suriyaya qayıdıb siyasi keçid prosesinin bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil. 
HTŞ-nin Əsəd administrasiyası kimi avtoritar üsullarla hakimiyyəti birləşdirə biləcəyi ilə bağlı narahatlıqlar da var. Colani ictimai xidmətlərə və sabitliyə üstünlük verərək HTŞ-nin dövləti effektiv idarə edə biləcəyini göstərməyə çalışır. 
 

Lakin onun əleyhdarları HTŞ-nin İdlibi idarə edərkən rəqib silahlı qrupları və müxalifəti qorxutduğunu deyirlər. Bundan əlavə, analitiklər təşkilatın İdlibdəki gücünü Dəməşqə qədər genişləndirmək üçün kifayət qədər resursunun olmadığı qənaətindədir. 


Ən pis ssenari odur ki, Suriya da “ərəb baharı” prosesinin sonunda qarışıqlığa düşən bəzi ölkələr kimi xaosa sürüklənəcək. 
Bu ssenaridə Suriyadakı müxtəlif silahlı təşkilatlar arasında rəqabət genişmiqyaslı zorakılığa gətirib çıxara və təkcə Suriyanı deyil, bütün regionu daha da sabitsizləşdirə bilər. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri