Bundan sonra Türkiyədəki terrorçular silahı yerə qoyacaq Numan Kurtulmuş
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çata bilər.
Hurriyyet.Media "Report"a istinadla xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş bildirib.
"Artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq. Terror təşkilatlarının tamamilə ləğv edilməsi və bütün silahlı ünsürlərinin silahı yerə qoyması ilə qüvvəyə minəcək bu qanun sayəsində Türkiyədə yeni dövrün qapılarını açırıq. Artıq bu ölkədə heç kim terror, qarşıdurma və ayrı-seçkilikdən danışmayacaq", - TBMM sədri bildirib.
Kurtulmuş əlavə edib ki, "Terrorsuz Türkiyə" hədəfinə nail olunması "terrorsuz bölgə" məqsədinin də reallaşmasına imkan verəcək və regionda insanların dinc yaşamasına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Avqust 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















