Bundesliqa klublarında oynamış futbolçu Bakıya gələcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 may, AZƏRTAC
Slovakiya millisinin sabiq futbolçusu Erik Yendrişek Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “Honnover”, “Şalke” və “Frayburq” komandalarının keçmiş hücumçusu ölkəmizin ev sahibliyi edəcəyi mundial üçün yığmasının heyətinə cəlb olunub.
Hətta forvard ölkəsində təşkil edilən Millətlər Liqasının final matçında ötən gün Azərbaycan millisinə qarşı da oynayıb.
Erik Yendrişek futbol üzrə Slovakiya yığmasının heyətində 37 matç keçirib və 4 qolla yadda qalıb.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək. Slovakiyanın minifutbol yığması Bolqarıstan, Portuqaliya və Hindistanla birlikdə D qrupunda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















