Bundesliqa klubunda qadın baş məşqçi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın "Union" klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Union"u mövsümün sonuna qədər əvvəllər klubun U-19 komandasının baş məşqçisi olmuş Mari-Luiza Eta çalışdıracaq.
35 yaşlı xanım məşqçi klubun saytına açıqlamasında təyinatı haqda bildirib: "Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik".
Mari-Luiza Eta 2023-2024 mövsümündə də "Union"un müvəqqəti baş məşqçisi olub.
Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Baxış sayı:78
Bu xəbər 12 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















