Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Berlin, 12 yanvar, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının 16-cı turuna “Leyptsiq” - “Verder Bremen” və “Auqsburq” - “Ştutqart” oyunları ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ilk oyunda ev sahibləri bremenliləri 4:2 hesabı ilə məğlub ediblər. İkinci görüşdə isə “Ştutqart” 1:0 hesabı ilə qalib gəlib.
Bu turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı:
“Borussiya Dortmund” - “Bayer Leverkuzen” - 2:3;
“Hoffenhaym” - “Volfsburq” - 0:1;
“Haydenhaym” - “Union Berlin” - 2:0;
“Frayburq” - “Holştayn Kiel” - 3:2;
“Maynz 05” - “Boxum 1848” - 2:0;
“St Pauli” - “Ayntraxt Frankurt” - 0:1.
“Borussiya Münxenqladbax” - “Bavariya” - 0:1.
On altı turdan sonra Bundesliqaya 39 xalla “Bavariya” liderlik edir. Münxenliləri ardıcıl altı turda qələbə qazanan “Bayer Leverkuzen” (35 xal) izləyir. Eyni xala (30) sahib “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. “Maynz 05” 28 xalla beşinci, 27 xala malik “Frayburq” altıncı sıralarda yer alıb. Aktivlərində 25 xal olan “Borussiya Dortmund” və “Verder Bremen” yeddinci və səkkicizincidir. Sonrakı yerləri “Volfsburq” (24 xal), “Borussiya Münxenqladbax” (24), “Ştutqart” (23 xal), “Union Berlin” (17), “Auqsburq” (16), “St Pauli” (14), “Hoffenhaym” (14), “Haydenhaym” (13), “Holştayn Kiel” (8) və “Boxum 1848” (6) komandaları qərarlaşıblar.
Almaniya çempionatının 17-ci turunun oyunları yanvarın 14-15-də keçiriləcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 12 Yanvar 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















