Icma.az
close
up
RU
Bundesliqa tarixində yeni rekord

Bundesliqa tarixində yeni rekord

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 aprel, AZƏRTAC

Futbol üzrə Almaniya çempionatının 30-cu turu çərçivəsində “Union Berlin” ilə “Ştutqart” arasında keçirilən və 4:4 hesabı ilə başa çatan qarşılaşmada rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, qolların hamısının ilk yarıda qeydə alındığı bu qarşılaşma birinci hissədə ən çox qol vurulan oyun kimi Bundesliqanın, eləcə də Almaniyanın futbol tarixinə düşüb. Bundesliqada sonuncu dəfə bir hissədə ən çox qol 1982-ci ildə “Borussiya Dortmund”un “Arminia Bielefeld”i 11:1 hesabı ilə məğlub etdiyi oyunun ikinci hissəsində vurulub. Həmin görüşdə qolların 10-u ikinci hissədə vurulub. Lakin birinci hissədə 8 qolun qeydə alınması Bundesliqa tarixində ilk dəfə baş verib.

Qeyd edək ki, “Union Berlin” görüşdə Andrey İliç (5) və Dioqo Leitenin (19) qolları ilə hesabda irəli çıxıb. “Ştutqart” 23-cü və 29-cu dəqiqələrdə Deniz Undav və Enzo Millotun uzaq məsafədən vurduqları qollarla hesabı bərabərləşdirib. Görüşün 38-ci dəqiqəsində Leopold Querfeld 35 metr məsafədən baxımlı zərbə ilə “Union”u yenidən hesabda irəli çıxarıb. Qonaqlar Jeff Çabot (43) və Kris Führixin (45+1) qolları ilə oyunda üstünlüyü ələ alsalar da, ilk hissənin son hücumunda (45+6) Andrey İliç görüşdə tarazlığı bərpa edib.

Bu oyundan sonra “Ştutqart” 41 xalla 11-ci, “Union Berlin” isə 35 xalla 13-cü sıradadır. Berlin təmsilçisi görüşdə qazandığı 1 xal sayəsində bu mövsüm Bundesliqada qalmağı təmin edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri