Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 15 avqust, AZƏRTAC
Avqustun 22-də start götürəcək Bundesliqanın 2025-2026-cı il mövsümünün oyunlarında hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq.
AZƏRTAC xəbər verir ki, yeni qərara əsasən, qarşılaşmalarda vaxt itkisi artıq daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə olunacaq. Yeni qaydanın ikinci və üçüncü liqalarda artıq tətbiqinə başlanılıb. Nəticədə həmin liqaların oyunlarında hər hissənin sonuna əlavə edilən vaxtın xeyli artdığı müşahidə edilib.
Alman Futbol Federasiyasının (DFB) hakimlər komitəsinin rəhbəri Knut Kirxer bu artımın Bundesliqanın oyunlarında da müşahidə ediləcəyini bildirib. O, hazırda topun oyunda qaldığı müddətin orta hesabla 60 dəqiqəyədək olduğunu ifadə edərək, vaxtın artacağını qeyd edib.
Matçlardakı vaxt itkisi VAR otağındakı hakim tərəfindən hesablanır və qarşılaşmanın baş hakiminə ötürülür. İtirilən vaxtın daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə edilməsi 2022-ci il dünya çempionatında sınaqdan keçirilib. Həmin vaxtdan sonra bu sistem İngiltərə Premyer Liqasında da tətbiq olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:73
Bu xəbər 15 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















