Bundesver indiyədək 25 mindən çox ukraynalı hərbçiyə təlim keçib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 13 fevral, AZƏRTAC
Almaniya Silahlı Qüvvələri Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 25 mindən çox ukraynalı hərbçiyə təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən “Bild” qəzetinə bildirilib.
Ukraynalı hərbçilərə təlimlərin keçilməsinə 2022-ci ilin oktyabrından başlanılıb. Alman ordusunun generalı Olaf Rohde əsas diqqətin quru döyüş əməliyyatlarına yönəldiyini, tank heyətləri, briqada qərargahları və tibbi personalın hazırlandığını açıqlayıb. Bununla belə ən böyük ehtiyacın komandan heyəti ilə bağlı olduğu vurğulanıb.
Əsas diqqət ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Daha böyük hərbi birliklərə isə Polşadakı Birləşmiş Qoşun Növləri Təlim Komandanlığı (Combined Arms Training Command) tərəfindən təlimlər keçirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:140
Bu xəbər 13 Fevral 2026 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















