Icma.az
close
up
RU
Bundesverin döyüş hazırlığı 50 faiz səviyyəsindədir AZƏRTAC

Bundesverin döyüş hazırlığı 50 faiz səviyyəsindədir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Bundesverin (Almaniya Silahlı Qüvvələri) bəzi bölmələrinin döyüş hazırlığı cəmi 50 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, Bundestaqın (Almaniya parlamenti) müdafiə məsələləri üzrə müvəkkili Eva Höql bunu DPA agentliyinə müsahibəsində deyib. O, həmçinin Silahlı Qüvvələrə şəxsi heyətin cəlb edilməsi üçün səylərin artırılmasına çağırıb.

“Hazırda bir çox bölmələrin faktiki döyüş hazırlığı cəmi 50 faiz təşkil edir. Bundesverin sayını 203 min hərbçiyə çatdırmaq üçün təxminən 20 min əlavə əsgərə ehtiyac var. İnanıram ki, 2025-ci ildə Almaniya Silahlı Qüvvələrinə kadrların cəlb edilməsi ən vacib məsələ olacaq. Bu, siyasətlə məsul olan hər kəs üçün ən yüksək prioritet təşkil etməlidir”, - deyə Eva Höql bildirib.

Bundestaq nümayəndəsinin fikrincə, Ukraynadakı müharibə Bundesveri dəyişib: “Bu dönüş həm də gələcək islahatlar və daha yüksək sürət üçün mandatdır”.

Silahlı Qüvvələrin potensialını yüksək səviyyədə saxlamaq üçün daha çox vəsaitə ehtiyac olduğunu vurğulayan müvəkkil müdafiə büdcəsinin artırılmasının vacibliyini də qeyd edib.

Bir müddət öncə Bundestaqın Müdafiə Komitəsinin sədri Markus Faber Almaniya Silahlı Qüvvələrinin NATO-nun yeni tələblərini yerinə yetirmək üçün əlavə 35 min əsgərə ehtiyacı olduğu bildirmişdi.

Qeyd edək ki, hazırda Bundesverdə 180 minə yaxın hərbçi xidmət edir. Almaniya hakimiyyətinin planlarına görə, Silahlı Qüvvələrin şəxsi heyəti 2031-ci ilədək 203 min nəfərə çatdırılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri