“Bunlar həll olunduqdan sonra yanlış anlaşılmalar səhifəsini çevirəcəyik”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today” portalına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, jurnalistlərin sualları cavablandıran Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərinə də toxunub.
O bildirib ki, ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallıq və yanlış anlaşılmalar olub, lakin rəsmi Bakının narahatlıqları Düşənbədə liderlər səviyyəsində müzakirə edilib.
“Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi şəkildə üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi. Bu məsələlər həll olunduqdan sonra biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















