Bunlar İranın 46 illik vəhşiliyinin əvəzidir Əfsanəvi futbolçu
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Asiyalı Maradona" ləqəbli İranın əfsanəvi futbolçusu Əli Kərimi İsrailin İrana endirdiyi zərbələrlə bağlı hakimiyyətə müraciət edib.
Axar.az Bakupost.az-a istinadən sözügedən müraciəti təqdim edir:
“İslam Respublikasına və onun tərəfdarlarına müraciət!
2009-cu ildə xalqın səsini eşitmədiniz, zorlayırdınız, öldürürdünüz.
2017-ci ildə xalqın səsini eşitmədiniz, işgəncə verirdiniz, öldürürdünüz.
2019-cu ildə xalqın səsini eşitmədiniz, zorlayırdınız, işgəncə verirdiniz, öldürürdünüz.
2022-ci ildə xalqın səsini yenə eşitmədiniz, zorlayırdınız, işgəncə verirdiniz, kor edirdiniz, öldürürdünüz.
İndi isə öz axmaq hərəkətlərinizin ucbatından dalana dirəndiyiniz bir vaxtda xalqa müraciət etməyin.
İsrailin hücumu sizin 46 illik qanunsuzluğunuzun, vəhşiliyinizin və quldurluğunuzun bədəlidir.
Bu bədəli siz və sizin ətrafınızdakı quldurlar ödəməlidir.
İranın və iranlıların əsl düşmənləri sizsiniz.
Və məhz siz getməli və tarixin qara dəliyində yox olmalısınız.
İranın və iranlıların düşməni sizsiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 İyun 2025 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















