Icma.az
close
up
RU
Bunlar Naxçıvanı Azərbaycanla birləşdirməyə xidmət edir Zahid Oruc

Bunlar Naxçıvanı Azərbaycanla birləşdirməyə xidmət edir Zahid Oruc

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştirakı və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid körpüsü mühasirədə olan Naxçıvanın hərbi-siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi azad Laçında 3 dövlət rəhbərinin Zirvə görüşü də eyni uzaqgörən məqsədlərə xidmət edir. Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb”.

Ölkə.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat əlavə edib ki, azadlıq və hürriyət yalnız deklarativ akt deyil: “1918-ci ildə yaradılan bayraq yalnız indi qalib və qurucu bir liderin dəmir əlləri ilə hər qarış Vətən torpağında dalğalanır. O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır.

Biz liderləri öz dövründən və tarixi şərtlərdən ayırıb müqayisə etmirik. Lakin bir geçək hamıya aydındır-torpağı, vətəni, milləti sevmək, yaxud proqramlar hazırlamaq, xalqı meydanlara toplamaq və şüar söyləmək, düşməni göstərməklə iş bitmir, əsil millət öndərliyi mənsub olduğun xalqın keçdiyi siyasi quruluşları, hərbi məğlubiyyət və faciələri düzgün təhlil edib, tarixin gedişini dəyişdirmək bacarığıdır.

İlham Əliyev 28 may inqilabını edib bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını çin edir, Qərbi Zəngəzuru ermənilərə bağışlayıb Naxçıvanı Azərbaycandan ayıran sovetlərin qərarlarını geri oxutdurur. Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk , yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bildilər. O coğrafiyada yalnız İran, Rusiya, sovet qoşunları hökmranlıq etdi, daha əvvəl Osmanlı orduları, ardınca Almaniya-Britaniya silahlı qüvvələrindən başqa müttəfiqlərimiz Arazboyu çiyin-çiyinə dayanmadılar”.

Deputat bildirib ki, 30 il əvvəl o dağlar itiriləndə Qarabağ təslim oldu: “Vətən müharibəsindən sonra da Laçını 25 km-lik dəhlizə çevirmək istədilər. Prezidentsə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır. Azad torpaqlara qoyulan hər daş, tikilən yol, hava limanı təkcə Böyük Qayıdışın deyil, daha uzaqvədəli planının tərkib hissəsidir. Prezident 7 yanvarda dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir.

Geosiyasətin bir qanunu var-coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İğdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama-Naxçıvanı Azərbaycanla birləşdirməyə, Zəfərimizin davamına xidmət edir.

İndi azad torpaqları zəhmətkeş, vətənsevər, təhsilli və sabahını yaxşı görən insanlarla zənginləşdirmək dövlət rəhbərinin başlatdığı "qalib yüz ilə" ən böyük töhfə olacaq”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri