Icma.az
close
up
RU
“BUNLARI VİDEO İLƏ QEYDƏ ALIN...” Sabiq nazir Rusiyadakı soydaşlarımıza çağırış etdi

“BUNLARI VİDEO İLƏ QEYDƏ ALIN...” Sabiq nazir Rusiyadakı soydaşlarımıza çağırış etdi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

"Rusiyada yaşayan Azərbaycan türkləri və digər türkdilli etnoslar müasir Rusiya dövlətinin ən qədim avtoxton (yerli) xalqlarıdır. Bu etnoslar Rusiya Federasiyasının bir sıra subyektlərinin konstitusiyalarında təsbit olunmuş dövlətqurucu xalqlardır".

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, etnik mənsubiyyət heç bir halda ayrı-seçkiliyin, o cümlədən vətəndaşlıqdan məhrum etmənin səbəbi və ya bəhanəsi ola bilməz: "Vətəndaşın etnik mənsubiyyətinə görə günahsızlıq prezumpsiyasının pozulması Rusiya Federasiyası Cinayət Məcəlləsinin və beynəlxalq öhdəliklərin pozulmasıdır. Dövlət və ya ictimai strukturların birbaşa və ya dolayısı ilə konstitusiyaya zidd, millətlərarası anlaşma və sabitliyi pozmağa yönəlmiş hərəkətləri təşviq etməsi və ya göz yumması cinayətdir".

Sabiq nazir sadalanan hərəkətlərin Rusiya qanunvericiliyinə əsasən ən ağır cinayətlər hesab olunduğunu nəzərə alaraq təkliflər irəli sürüb: "Hakimiyyət nümayəndələri və ya ayrı-ayrı vətəndaş qrupları tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərin video ilə qeydə alınması praktikasının geniş tətbiq edilməli, diaspor təşkilatları bu cür materialların toplanmasında yardım göstərməli və onlar sonradan məhkəmələrə, hüquq-mühafizə orqanlarına, prokurorluğa və KİV-ə təqdim olunmalı; səfirlik və konsulluq nümayəndəlikləri konsul dairələrində yaşayan vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirməli, onların qanuni hüquqlarını qorumağa yönəlmiş fəaliyyətlərini artırmalıdırlar.

Hesab edirəm ki, Rusiyanın bəzi KİV-ində səslənən təxribat xarakterli, millətçi və şovinist anti-Azərbaycan bəyanatlarına ictimaiyyətimizin reaksiyası qarşı tərəfə xalqımıza məxsus olan normalara və ənənələrə uyğun şəkildə çatdırılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri